Ziyafət Əsgərov TBMM-in xüsusi iclasında – FOTOLAR

Türkiyə Böyük Millət Məclisində (TBMM) 15 İyul – Demokratiya və Milli Birlik Günü ilə əlaqədar xüsusi iclas keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən iclasda Azərbaycanı Milli Məclis Sədrinin birinci müavini,  parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və deputat Dilarə Cəbrayılovadan ibarət parlament heyəti təmsil edib.

Əvvəlcə Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun çıxışı dinlənilib. FETÖ terror təşkilatının hərbi yolla həyata keçirdiyi çevriliş cəhdini xalqa və dövlətə qarşı xəyanət kimi dəyərləndirən TBMM-in Sədri əminliklə deyib ki, Türkiyə xalqı bundan sonra da dövlətini qorumaq və inkişaf etdirmək üçün öz həmrəyliyini saxlayacaqdır.

Sonra parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri 15 İyul – Demokratiya və Milli Birlik Günü ilə bağlı fikir və mülahizələrini bölüşüblər.

Müxalifətdən- CXP və “İYİ Parti”dən olan millət vəkilləri 15 iyil hadisələrini, dövlət çevrilişinə cəhdi pisləyərək, eyni zamanda, iqtidara qarşı da sərt fikirlərini səsləndiriblər.

ziko-2

Azərbaycan heyəti Prezidentin Administrasiyasında keçirilən anım tədbirində, oradakı məsciddə şəhidlərə dua oxunuşunda, FETÖ-nün dövlət çevrilişinin acı nəticələrini əks etdirən Türkiyə parlamentində təşkil olunan fotoqalereyaya baxışda, həmçinin 2016-cı il iyulun 15-də dövlət çevrilişi cəhdi zamanı bombalanaraq dağıdılan Ankara Polis İdarəsinin yeni binasının açılışında iştirak edib.

Prezident Rəcəb Tayyib Ərdoğan Ankara Polis İdarəsinin yeni binasının açılışında çıxış edib.

Etikxeber.az

Read Previous

“Qarabağ”-“Partizani” və “Neftçi”-“Speranta” görüşünü idarə edəcək hakimlər müəyyənləşdi

Read Next

“Dünya ultimatum dilində danışır: silah olmaz, vuruş olmaz…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir