Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Balakəndə “Zorakılıq və insan alveri: ona qarşı mübarizə “ mövzusunda seminar keçirilib.
Etikxeber.az-ın xəbərinə görə, Balakən şəhər İ. Nəsimi adına şəhər 2 saylı tam orta məktəb tərəfindən xüsusilə gənclər arasında insan alveri, zorakılıq və onun yaratdığı fəsadlara qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində mütəmadi olaraq genişmiqyaslı layihələr həyata keçirilir.
Bu tədbirlərdən biri də məktəbin direktoru Samirə Varansova, məktəb uşaq birliyinin rəhbəri Pərvanə Qurbanovanın təşkilatçılığı ilə sosial məsafə tələblərinin qorunması əsasında yuxarı sinif şagirdləri ilə keçirilib.
Samirə Varanova bu kimi seminar və görüşlərin təşkilini yüksək qiymətləndirmiş, daim şagirdlərin inkişafı tədbirlərində məktəbin fəal rol oynadığını qeyd etmişdir.
Uşaq birliyinin rəhbəri Pərvanə Qurbanova mövzu ətrafında şagirdlərə ikin məlumat vermiş, belə tədbirlərin şagirdlərin şəxsi inkişafı üçün vacib olduğunu vurğulamışdır.
Görüşdə sosial işçi, təbiətşünas, Bakı Dövlət Universitetinin magistrantı Rəvan Əliyev insan və onun mahiyyəti, zorakılıq, insan alveri kimi mövzular ətrafında şagirdlərə məlumat vermişdir.
Tədbirdə insan alverinə və zorakılığa daha çox azyaşlı uşaqların, o cümlədən qadınların məruz qaldığı qeyd edilmiş, ondan qorunmaq yolları barədə praktiki məlumatlar verilmişdir
Sonda şagirdlərin mövzu ətrafinda sualları cavablandırılıb və xatirə şəkili çəkilib.

Etikxeber.az