Zurabaşvilinin prezidentliyi Gürcüstan-Azərbaycan münasibətlərinə necə təsir göstərəcək?

Gürcüstanın azərbaycanlı deputatları: “Zurabaşvilinin prezidentliyi ölkələrimiz arasında münasibətləri möhkəmləndirəcək”

Gürcüstan parlamentində təmsil azərbaycanlı deputatlar  hakim “Gürcü Arzusu” Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabaşvilinin prezident seçkilərinin qalibi olmasını müsbət qiymətləndiriblər.

Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı millət vəkili Savalan Mirzəyev Etikxeber.az-a açıqlamasında  bildirib ki, Gürcüstan əhalisi seçkilərdə prinsipial və düzgün seçimini edib.

savalannnnnnnn

salome-salamat olma

“Bir neçə aylıq marafon tamamlandı və Gürcüstan əhalisi prinsipial seçimini etdi. Qardabani əhalisi dürüst şəkildə qalib gəldi və qanlı keçmişdən imtina etdi. Mən bu müddət ərzində yanımızda durub, yorulmadan çalışan insanlara cox sağ olun deyirəm.Biz onların sayəsində bu nəticəni əldə etdik”-deyə, o, qeyd edib.

“Bəs Zurabaşvilinin qələbəsini Gürcüstan-Azərbaycan münasibətləri baxımından necə qiymətləndirsiniz? Onun ermənipərəst olduğu bildirilir və  bu, gerçəkdirsə, Gürcüstan-Azərbaycanm münasibətlərində problemlər yaşayanmayacaq ki” sualına cavabında isə S. Mirzəyev Zurabaşvilinin ermənipərəst olması iddiasına təəccübünü gizlətməyib və bu yöndəki iddiaları təkzib edib. Eyni zamanda qeyd edib ki, Zurabaşvilinin prezidentliyi Gürcüstan-Azərbaycan münasibətlərinə yalnız və yalnız müsbət təsir göstərəcək. “O, savadlı,  təcrübəli diplomatdır.  Bu baxımdan, ümidvaram ki, münasibətlərimiz daha da möhkəmlənəcək”-deyə, S. Mirzəyev vurğulayıb.

ruslan

Digər azərbaycanlı millət vəkili Ruslan Hacıyev isə qeyd edib ki, Gürcüstan və gürcüstanlılar üçün yeni inkişaf mərhələsi başlayır. “Bundan sonra da  hakimiyyətimiz ölkəmizin inkişafı, rifahı, əmin-amanlığı və uğurlu gələcəyi üçün əlindən gələni edəcək. Gürcüstanımız, regionlarımız və Marneulimiz üçün yeni inkişaf mərhələsi başlayır.  Biz hər bir vətəndaşın yanındayıq və  onlarla  birlikdə vətənimizi daha aydın gələcəyə, inkişafa doğru aparacağıq”-deyə, R. Hacıyev əlavə edib.

O da öz növbəsində Zurabaşvilinin iqtidarlığı dövründə Gürcüstan-azərbaycan münasibətlərinin inkişaf edəcəyini söyləyib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Söyləməmişəm ki, 143 manat ay ərzində insana bəs edir … – HADİ RƏCƏBLİ

Read Next

Millət yalnız universitetləri ilə güclü olur! – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir