Zurabişvili and içdi – FOTO

Bu gün Telavi şəhərində Gürcüstanın yeni seçilmiş Prezidenti Salome Zurabişvilinin andiçmə mərasimi olub.

Etikxeber.az xəbər verir ki, mərasimdə  Milli Məclisin (MM)  sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Əvvəlcə Gürcüstanın 4-cü Prezidenti Georgi Marqvelaşvili vida görüşü edib.

telavi

Sonra Gürcüstanın dövlət bayrağı gətirilib.

Daha sonra yeni Prezident Salome Zurabişvili tribunaya çıxıb.

Gürcüstanın yeni Prezidenti əlini konstitusiyasının üzərinə qoyaraq xalqına, millətinə sədaqətlə xidmət edəcəyini, insanların hüquq və azadlıqlarını qoruyacağına, ölkənin demokratik inkişafına sadiq qalacağına and içib.

Mərasimdə iki minə yaxın insan, o cümlədən 55 ölkədən 150-dən çox xarici qonaq iştirak edib.

Etikxeber.az

Read Previous

“Azərbaycan növbəti siyasi-diplomatik uğuruna nail oldu” – DEPUTAT

Read Next

Gürcüstanın bayramı Azərbaycanın bayramıdır – OQTAY ƏSƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir