Zurabişvili, yoxsa, Vaşadze? – BU GÜN BİLİNƏCƏK – YENİLƏNİB

Noyabrın 28-də Gürcüstanda prezident seçkilərinin ikinci turu başlayıb.

Etikxeber.az xəbər verir ki, yerli vaxtla səhər saat 8:00-da Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jivaniya səsvermənin başlandığını elan edib, bütün seçki məntəqələri açılıb və səsvermə başlayıb.

Bildirilib ki, seçkilərin ikinci turu ilə əlaqədar ölkə üzrə 3 min 703 və xarici ölkələrdə 55 seçki məntəqəsi yaradılıb. Seçki bülletenləri bütün məntəqələrə çatdırılıb.

Seçki məntəqələrinin üçü Azərbaycanda açılıb.

vasa

Səsvermə Gürcüstanda yerli vaxtla saat 20:00-da, xarici ölkələrdə isə saat 24:00-da başa çatacaq.

MSK-nın məlumatına görə, ümumi seçicilərin sayı 3 milyon 528 min 658 nəfərdir.

Səsvermənin gedişini seçici subyektlərinin 17 min nəfər nümayəndəsi, 48 min 500 yerli və 1300 beynəlxalq müşahidəçi, eyni zamanda, 2300 yerli və xarici mətbuat nümayəndəsi izləyəcək.

MSK rəsmisi bütün seçiciləri səsvermədə fəal olmağa çağırıb.

Məlumat üçün qeyd edək ki, ikinci turda müstəqil namizəd, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili və “Güc birlikdədir” birləşmiş müxalifət blokunun dəstəklədiyi Qriqol Vaşadze mübarizə aparırlar.

***

Gürcüstanda prezident seçkilərinin ikinci turu davam edir.

Seçici fəallığı saat 12:00 üçün 19,6 faiz təşkil edib.

Bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze məlumat verib.

O deyib ki, seçkilərin birinci turunun eyni göstəricisi ilə müqayisədə seçici fəallığı daha yüksəkdir. Seçkilərin oktyabrın 28-də keçirilmiş birinci turunda saat 12:00 üçün seçici fəallığı 15,95 faiz olub.

Etikxeber.az

Read Previous

“Yallı” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edildi…

Read Next

İlham Əliyev daim etibar edilməli olan əsl dostdur – LUKAŞENKO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir