Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Hesab 1:0 olduqdan sonra, iki, üç və dördüncü qolları vura biləcəyimiz halda, məğlub olduq.
Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
47 yaşlı mütəxəssis Avropa Liqasının IV turunun APOEL-lə səfər oyunu (1:2) barədə fikirlərini açıqlayıb.
Q.Qurbanov uğursuzluğa belə şərh verib:
“Futbol belə bir fərqli oyundur. Həm Bakıdakı, həm də bu gün rəqibdən çox qol epizodlarımız olsa da, qalib gələ bilmədik. Nəticə nə qədər ədalətsiz olsa da, APOEL-i təbrik etməliyik. Hələ heç nə bitməyib, mübarizəmizi sona qədər davam etdirəcəyik…”.
Etikxeber.az