Şəhid anası Tünzalə Abduləlimovanın rəhbəri olduğu “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə-BƏRDƏDƏ QAZİLƏRLƏ BAĞLI TƏDBİR DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

16 avqust 2023-cü il tarixində Bərdə rayonunda Qazilərlə, Vətən müharibəsi iştirakçıları ilə bağlı tədbir-seminar düzənlənib.

Tədbir Qubalı İkinci Vətən Müharibəsi Şəhidi Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimovanın rəhbəri olduğu “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı, o cümlədən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə baş tutub.

Etikxeber.az xəbər verir ki, Bərdə rayonunda adıçəkilən Birliyin qalib gəldiyi qrant layihəsi çərçivəsində baş tutan tədbir-seminar iki saata yaxın davam edib.

Bərdə rayon Peşə Liseyində keçirilən tədbirdə “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin sədri, Şəhid anası Tünzalə Abduləlimova, Bərdəli Şəhid anası, sözügedən təşkilatın Bərdə rayon təşkilatının sədri Mehparə Qəribova, Qubalı Şəhid anası Gülbacı Lətifova, Bərdəli Şəhid və Qazi anası Nigar Yusifova, “Vətən Naminə” təşkilatının digər təmsilçiləri, o cümlədən Bərdəli və Goranboylu Qazilər iştirak ediblər.

İki saata yaxın davam edən tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra layihənin mahiyyəti, məqsədi barədə danışılıb, məlumat verilib, çıxışlar olunub.

Tədbirdə Şəhid anaları Tünzalə Abduləlimova, Mehparə Qəbribova, Gülbacı Lətifova, Nigar Yusifova, Bərdəli və Goranboylu Birinci və İkinci Vətən Müharibəsi Qaziləri və digər şəxslər çıxış edib, fikir mübadiləsi aparılıb.

Qazilərin problemləri dinlənilib.

Çıxışlarda xüsusilə, Qazilərə mənəvi-psixoloji dəstək göstərilməsindən, onların diqqət və qayğı ilə əhatələnməsinin zəruriliyindən bəhs olunub.

Tədbir sonra çay süfrəsi arxasında qeyri-rəsmi şəkildə davam edib.

13:40

***

FOTOLAR:

17:40

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Rüşvət almaqda təqsirləndirilən 3 vəzifəli şəxs-HƏBS OLUNDU…

Read Next

“Uğursuz təxribatlarını ört-basdır etmək istəyirlər”-MN ERMƏNİSTANIN YAYDIĞI VİDEOYA MÜNASİBƏT BİLDİRDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir