Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Naftalan şəhər İcra Hakimiyyətində də koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, belə ki, İcra Hakimiyyətinin 3 əməkdaşı infeksiyaya yoluxub, onlardan biri də əslən Tərtər rayonundandır.
Bu haqda Etikxeber.az-a Naftalandan adının çəkilməsini istəməyən mənbə məlumat verib.
Qeyd edilib ki, hazırda həmin şəxslər karantin-nəzarət altındadırlar.
Həmin şəxslərin adları məlum olsa da, bəzi səbəblərdən açıqlamağı məqsədəuyğun saymırıq.
Eyni zamanda, Naftalan şəhər İcra Hakimiyyətinin də mövqeyini işıqlandırmağa hazırıq.
21:30, 3 aprel
Etikxeber.az