Əli Həsənov: “İmkan verməməliyik ki, aramıza nifaq salsınlar”

“Regionda olan müsəlman ölkələrinin həmrəyliyinə hər zaman maneçilik törədilib. Bu gün biz imkan verməməliyik ki, bizim aramıza nifaq salsınlar”.
Etikxeber.az xəbər verir ki, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşündə deyib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsi bu gün xalqımızın ən ağrılı və yeganə problemidir.  “Ancaq  dünya birliyi  işğalçı Ermənistana Azərbaycan torpaqlarını işğal etdiyinə görə təzyiq etmir və bu problemin həll olunmasına dünya birliyi laqeyd yanaşır”- deyə, baş nazirin müavini bildirib.
Baş nazirin müavini bildirib ki, belə bir vəziyyətdə müsəlman ölkələrinin həmrəyliyinə və əməkdaşlığına ciddi ehtiyac var:
“Regionda olan müsəlman ölkələrinin həmrəyliyinə həmişə maneçilik törədilibdir. Bu gün biz imkan verməməliyik ki, bizim aramıza nifaq salsınlar. Azərbaycan prezidenti beynəlxalq tədbirlərdə həmişə müsəlman-islam ölkələrinin həmrəyliyinin vacibliyini vurğulayıb.Əgər bu gün dünyadakı münaqişə zonalarına baxsaq görərik ki, bu problemlərdən daha çox ziyan çəkən müsəlman ölkələridir. Nəticədə günahsız insanlar əziyyət çəkirlər. Ancaq hesab edirəm ki, dünyada bu ədalətsizliklər daim davam edə bilməz”.
Etikxeber.az

Read Previous

Bağlanan 10 bankın əmanətçilərinə 708 milyon manatdan çox kompensasiya ödənilib

Read Next

Dövlət idarəçiliyi təkmilləşdiriləcək – FƏRMAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir