Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və ABŞ liderləri ilə bir araya gələcək.
Etikxeber.az-ın xəbərinə görə, Türkiyə lideri Yaponiyada keçiriləcək növbəti G-20 sammiti çərçivəsində həm Rusiyanın prezidenti Vladimir Putin, həm də ABŞ prezidenti Donald Trampla ayrılıqda görüşəcək.
Sammitdən bir neçə gün sonra isə Ərdoğanın Çinə rəsmi səfəri olacaq.
O, Çin Xalq Respublikasının (ÇXR) sədri Si Çinpinlə görüşəcək.
Etikxeber.az