Əziz Əzizov Cəlilabaddan Yasamala gətirildi – SƏRƏNCAM

Ölkə Prezidenti Əziz Əzizovun Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməsi haqqında 
 Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Əziz_Əzizov

 

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq qərara alıram:

Əziz İmran oğlu Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilsin.

Qeyd edək ki, 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunda anadan olub. M.Əzizbəyov adına Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirib.

1985-1986-cı illərdə Tramvay parkında xətt sahəsi əmiri ustası, 1986-1987-ci illərdə Tramvay parkında vaqon bölməsində usta, 1987-1989-cu illərdə Tramvay parkında yol təhlükəsizliyi müfəttişi, 1989-1990-cı illərdə Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, 1990-1992-ci illərdə Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən, 1992-1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, 1993-1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışıb.

1996-2006-cı illərdə Sahibkarlıq fəaliyyəti məşğul olub.

Sahibkarlıq fəaliyyətindən isə birbaşa Azərbaycan Prezidentinin 8 avqust 2006-cı il tarixli Sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 3 övladı var.

Etikxeber.az

Read Previous

Terrorçular Kilis və Hataya 6 raket atdı: BİR NƏFƏR ŞƏHİD OLDU, 10 NƏFƏR YARALANDI – FOTOLAR – YENİLƏNİB

Read Next

Sahibə Qafarova, Azər Kərimli, Elman Nəsirov və Çingiz Qənizadə Strasburqa gedirlər…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir