Əbülfəz Elçibəyin vəfatından 20 il-KEÇİR…

Milli-azadlıq hərəkatının lideri, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin vəfatından 20 il keçir.

Etikxeber.az məlumat verir ki, Ə. Elçibəy 2000-ci il avqustun 22-də müalicə olunduğu Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib.

Ə. Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub.

1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Azərbaycanda başlayan xalq hərəkatının liderlərindən, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan biri və ilk sədri olub.

1992-ci ildə demokratik yolla prezident seçilən Ə. Elçibəy bir il sonra Gəncədə qiyamçı polkovnik Surət Hüseynovun rəhbərliyi ilə dövlət və hakimiyyət əleyhinə başlayan hərbi qiyam nəticəsində Bakını tərk edərək Kələkiyə gedib.

Milli Məclisin qərarı ilə səlahiyyətləri ləğv edilən Ə.Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsinin, sonra isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib.

Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də vəfat edən Ə. Elçibəy Türkiyədən Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

“Problemləri nəzarətə götürdük, aidiyyatı strukturların diqqətinə çatdırmaqla, həllinə çalışacağıq”-İŞIQLAR SÖNDÜRÜLDÜ, AMMA MİLLƏT VƏKİLİ QƏBULUNA DAVAM ETDİ…- FOTOLAR

Read Next

“Sevilya” 6-cı dəfə Avroliqanın-QALİBİ OLDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir