Əflatun Amaşov yenə də Elmira Süleymanovadan narazıdır

Millət vəkili, Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov yenə də Ombudsman Elmira Süleymanovadan gilieylənib.

Etikxeber.az-ın xəbərinə görə, buna səbəb Ombudsmanın hesabatında  informasiya əldə etmək azadlığı bölməsi ilə bağlı məsələ olub.

“Mən ötən il müvəkkilin hesabatı müzakirə olunarkən bildirmişdim. Yenə də həmin fikrimin üstündə qalıram. Nə qədər ki, Ombudsman məlum qanunun tələblərindən irəli gələn vəzifələri tam yerinə yetirə bilmir, belə də olacaq”-deyən, millət vəkilinin sözlərinə görə, söz və ifadə azadlığının dərinləşməsi demokratik cəmiyyət quruculuğunun əsas şərtidir.

trend_tedbir_aflatun

“Cənab Prezident İlham Əliyev bunu dönə-dönə vurğulayıb. Dövlət bu istiqamətdəki proseslərə hər zaman böyük önəm və dəstək verib. Belə olan halda Müvəkkilin informasiya əldə etmək haqqında qanundan irəli gələn tələbləri yerinə yetirmək resursunun olmaması təəccüblüdür. Artıq neçənci ildir ki, hesabatda Ombudsmanın bu istiqamətdə strukturunun təkmilləşməsi, bu məqsədlə ştat və maliyyənin ayrılması üçün Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə müraciətindən bəhs olunur. Necə ola bilər ki, bu müraciətlər cavabsız qalsın? Məsələ ciddi şəkildə öyrənilməlidir. Kimdir məsələdə maraqlı olmayan, bunu bilməliyik. Hesab edirəm ki, bizlər parlament səviyyəsində məsələyə münasibət bildirməliyik. Bu, Elmira xanımın perspektiv fəaliyyətinə də dəstək olar…”-deyə, o, sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Məşğulluqla bağlı qanun birinci oxunuşdan keçdi

Read Next

Fond memorandum imzaladı- FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir