Əli Əsədovla-QUSMAN NƏDƏN DANIŞDI? – FOTO

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, Baş Nazir Əli Əsədov Mixail Qusmanı yubileyi və Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Şərəf” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

Görüşdə Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin getdikcə dərinləşdiyi vurğulanıb, humanitar əlaqələrin genişlənməsindən məmnunluq ifadə olunub.

Söhbət zamanı “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının uğurla keçdiyi və xalqlar arasında münasibətlərə müsbət təsir göstərdiyi vurğulanıb.

Etikxeber.az

Read Previous

Jalə Əliyeva ATƏT müşahidəcilərinin də qatıldığı görüşdə-NƏ MESAJLAR VERDİ? – FOTO-VİDEO

Read Next

“Bu cür qeyrətli oğulların xatirəsi daim yaşadılacaq” – ZAHİD ORUC – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir