Əliyev Kolla bağlı Merkelə başsağlığı verdi

Dövlət başçısı İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri  Angela Merkelə başsağlığı məktubu göndərib.

Etikxeber.az-ın xəbərinə görə, başsağlığında deyilir:

“Hörmətli xanım Federal Kansler,

Almaniya Federativ Respublikasının keçmiş Federal Kansleri, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Helmut Kolun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Etikxeber.az

Read Previous

Həbsdən qurtulan Dəniz Səki belə dedi: “ÖZGÜRLÜK KİMİSİ YOX”

Read Next

“İşğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib, yaralıları da var” – MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir