Əliyev Putinə niyə zəng etdi? – RƏSMİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 19-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Etikxeber.az xəbər verir ki, dövlət başçısı Rusiya Federasiyasının Prezidentini seçkilərdə inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona Rusiya xalqının firavanlığı naminə prezidentlik fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Prezidentqeyd edib ki, Rusiya Federasiyası Vladimir Putinin rəhbərliyi ilə müxtəlif sahələrdə böyük nailiyyətlər əldə edib, eyni zamanda, Rusiya-Azərbaycan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycan Prezidenti ikitərəfli münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib. Prezident  bir daha Putinə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirən Putin öz növbəsində qeyd edib ki, qarşılıqlı inam əsasında qurulmuş və bir çox sahələri əhatə edən Rusiya-Azərbaycan münasibətləri bu gün uğurla inkişaf edir. Rusiya Prezidenti əlaqələrimizin gələcəkdə də genişlənəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu bildirib.

Dövlət başçıları Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Etikxeber.az

Read Previous

YAP seçkilərlə bağlı 40-dan çox mitinq keçirəcək

Read Next

Novruz bayramı münasibətilə Dənizkənarı Milli Parkda atəşfəşanlıq oldu – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir