Əliyev Ümumdünya Boks Şurasının 55-ci Konvensiyasının nümayəndə heyətini qəbul etdi – FOTO- YENİLƏNİB

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya Boks Şurasının Bakıda keçirilən 55-ci Konvensiyasının nümayəndə heyətini qəbul edib.

Etikxeber.az xəbər verir ki, nümayəndə heyətinə Ümumdünya Boks Şurasının rəhbəri Maurisio Süleymanın başçılığı altında Avropa Boks İttifaqının, Şimali Amerika Boks Federasiyasının, Britaniya Boks Nəzarəti Şurasının prezidentləri, WBC versiyası üzrə keçmiş dünya çempionları Evander Holifild, Kostya Dzyu, Yuri Arbaçkov, Vitali Kliçko, Nino Benvenuti, Karlos Zarate, Azumah Nelson, Bernard Hopkins və WBC versiyası üzrə hazırkı dünya çempionu Jelena Mrdjenoviç daxildir.

İdmanın boks növünə verdikləri dəstəyə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görüşdə xatirə hədiyyəsi olaraq WBC çempion kəmərləri təqdim edildi.

Sonda xatirə şəkilləri çəkdirildi.

Etikxeber.az

Read Previous

Millət vəkili: “İş adamı ilə danışdım, bütün xərcləri öz üzərinə götürdü və gəncin telefon nömrəsini istədi…”

Read Next

FHN: Köməksiz vəziyyətdə qalmış əcnəbilərin axtarışlarına helikopter cəlb olunub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir