Ənvər Həsənov 40 ildir Əməkdar artistdir, amma… – FAZİL MUSTAFADAN SƏRT ETİRAZ

Deputat Əməkdar artistin problemini parlamentdə qaldırdı

Milli Məclisin (MM) aprelin 3-də keçirilən iclasında “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi müzakirə və təsdiq olunub.

Etikxeber.az-ın xəbərinə görə, layihə barədə MM-in Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov məlumat verib.

Onun sözlərinə görə, layihəyə əasən, tibbi sığorta sistemində tərəflərin məsuliyyəti dəyişdiriləcək.

Mülkiyyət formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlar tərəfindən icbari tibbi sığorta müqaviləsinin bağlanılmasından imtina edilməsi, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsi və ya aşağı salınması, ödənilməsi müddətlərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda inzibati məsuliyyət yaradacaq.

Qeyd edək ki, hazırki qanuna görə yuxarıda qeyd olunan hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə sanksiyası tətbiq edilirdi.

Müzakirələr zamanı isə deputat Fazil Mustafa yenidən orden və medallar, mükafatlandırma məsələsinə qayıdıb:

Ənvər_Həsənov

“Yenə də o fikirdə qalıram ki, orden və medallardansa, mükafatlandırma daha vacibdir. Azərbaycan çox böyük sənətkarı var-Əməkdar artist Ənvər Həsənov. Onu “Yeddi oğul istərəm”, “Uşağlığın son gecəsi” və digər filmlərdən yaxşı tanıyırıq…Bu adam 40 ildir ki, Əməkdar artist olaraq qalır. Bu gün şou-biznesdə olanlar tez bir zamanda ən yüksək titullara, fəxri adlara, mükafatlara layiq görüldüyü halda, bu adam 40 ildir Əməkdar artist olaraq qalmaqdadır. Ona qarşı diqqətsizlik var. Onun dəstəyə, köməyə ehtiyacı var, maddi durumu da çox çətindir. Ona görə bu məsələlərə diqqət yetirmək daha vacibdir. Yəni demək istəyirəm ki, elə etmək lazımdır ki, insanlar yaşasınlar, çətinlikdən, köməksizlikdən tez ölməsinlər…”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Kredit bürolarına mərkəzləşdirilmiş kredit reyestrindən məlumatın verilməsi dayandırılacaq

Read Next

“Deyəsən, boğazları quruyub…” – SPİKERDƏN DEPUTATLARA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir