Ərdoğan, Akşənər, Gül, Başbuğ … – TÜRKİYƏ KİMƏ “HƏ” DEYƏCƏK?

 Türkiyədə qarşıdan gələn parlament, bələdiyyə və prezident seçkiləri (hər üç seçim 2019-cu ildə keçiriləcək) yaxınlaşdıqca, ölkədə siyasi ehtiraslar yenidən qızışmaqda, “çatı aday”-“vahid namizəd”, seçim ittifaqları məsələsi daha çox masaya yatırılmaqdadır.

turkiy%c9%99-respublikasi-1-bayraq_0

yazi-foto

Türkiyənin 4 əsas partiyasından ikisinin -hakim AKP ilə müxalifətçi MHP-nin ( məlum 15 ilyul hadisələrindən sonra bu iki partiya bir çox məsələlərdə eyni mövqe sərgiləməkdədir, xüsusilə, sonuncu Konstitusiya dəyişiklikləri ilə bağlı referendumda) ən azı 2 seçimə- prezident və parlament seçkiləri birlikdə qatılacağı gözləniləndir.  Bunu hər iki partiyanın liderləri də istisna etmirlər. Xüsusilə, MHP lideri Baxçalının 2019-cu il seçkilərində namizəd irəli sürməyəcəkləri və Türkiyənin hazırkı prezidenti  Ərdoğana dəstək verəcəkləri, hətta, bu dəstəyin 2014-cü ilə qədər  cəkə biləcəyi ilə bağlı məlum açıqlamasından sonra AKP-MHP ittifaqının qaçılmaz olacağı  birmənalı görünür.

ittifak-487

“Seçkilərdə MHP genəl başqanı namizəd  olmayacaq. MHP – olarsa, ittifaqla, olmazsa, özü müstəqil şəkildə parlament  seçkilərinə girər. Cümhurbaşqanı seçkilərində də Rəcəb Tayyib Ərdoğanı dəstəkləmə qərarı ala bilər”-deyə, Baxçalı bəyan edib.

Ərdoğan da öz növbəsində Baxçalının bu jestinə qarşılıq olaraq, “ona şükranlarımızı bildiririk” -deyə, bildirib . Və təsadüfi deyil ki, yanvarın 10-da iki partiya lideri arasında mediaya qapalı 35 dəqiqəlik “ittifaq zirvəsi” reallaşdırılıb və sızan məlumatlara görə, bu görüşmədə gələcək “seçim ittifaqı”nın ilkin konturları cızılıb.

KEMALLL

Türkiyənin 4 əsas siyasi təşkilatından  ikincisi – “ana müxalifət” partiyası olan CXP-nin isə seçkilərlə, xüsusilə də, prezident seçimləri ilə əlaqədar dəqiqləşdirilmiş mövqeyi yoxdur.  Belə ki, CXP genəl başqanı Kamal Kılıcdaroğlu president seçkilərində öz namizədləri ilə iştirak edə biləcəklərini də söyləyir, başqa bir güclü müxalif namizədi dəstəkləyə biləcəklərini də bəyan edir. O, hətta, seçkilərdə ikinci tur olarsa, Ərdoğan istisna olmaqla, istənilən namizədi dəstəkləyə biləcəklərinin də ilkin anonsunu verib. Bununla belə, CXP-də prezident seçkiləri ilə bağlı ikitirəlik özünü açıq-aşkar göstərməkdədir. Bəzi CXP-lilər yalnız öz namizədləri-Kılıcdaroğlu ilə seçkiyə gedəcəklərinin altını çızır, bəziləri-“köhnələr”, Dəniz Baykal tərəfdarları isə səhhəti imkan verəcəyi təqdirdə Baykalın, digər halda geniş müxalifət koalisiyasının “vahid namizədi”nin müəyyənləşdirilərək, onun dəstəklənə biləcəyi fikrini irəli sürürlər.

ilker

Dəstəklənə biləcəklər arasında da həm sabiq MHP-çi Meral Akşənərin, həm sabiq cümhurbaşqanı Abdullah Gülün, həm də sabiq genəlkurmay başqanı Ülkər Başbuğun adları keçir. İlk iki şəxs buna sıcaq yanaşmasalar da, hələlik Başbuğun mövqeyi bəlli deyil, o, bu məsələdə tələskənliyə yol verməməyə çalışır. Parlament və bələdiyyə seçkilərinə gəlincə, CXP-lillər bu seçimlərə təkbaşına qatılmaqda, bu məsələdə güzəştə etməməkdə qəralı görünürlər.

aksener-iha

Türkiyənin dördüncü əsas partiyası sayılan (təsis olunmasından cəmi bir neçə ay keçir) və parlamentdə 4 sabiq MHP-li, bir eks CXP-li ilən təmsil olunan “İYİ PARTİ”-nin isə parlament və bələdiyyə seçkiləri istisna olunmaqla, prezident seçkilərində kiməsə güzəştə getməyəcəyi aşkar ortadadır. Adıçəkilən partiyanın genəl başqanı olan sabiq MHP-ci, keçmiş vitse-spiker və daxili işlər naziri Meral Akşənər 2019-cu il prezident seçkilərində özünün namizəd olacağını birmənalı şəkildə ifadə edib və onu Türkiyə türkləri demişkən, “eləştirən”  eks lideri-MHP genəl başqanı Dövlət Baxçalıya qarşı çox sərt ifadələr səsləndirib. Buna səbəb isə  MHP liderinin “İYİ Parti”nin CXP və terrorçu PPK yönümlü  HDP ilə yan-yana gəlməsi və bu səbəbdən də onların “seçim ittifaqı”na getməsi yönündə iddiaları olub.  Akşənər  Baxçalıya cavabında “İYİ Parti”ni CXP və HDP ilə yan-yana gətirmə çabasını-cəhdini çirkin, sayğısız və çox ayıb hesab edirəm. Bu günə qədər “İYİ Parti” genəl başqanı olaraq, mənim ağzımdan hər hansı bir siyasi partiyanın aldığı qərara yönəlik ağıl- fikir verəcək bir cümlə çıxmadı. Odur ki, hörmətli Baxçalı da bizə ağılöyrətmə mərtəbəsində deyil. Dolayısı ilə o bir qərar vermişdir, ona saygı duyuruq, xeyirli olsun” – deyib. Akşənər bununla bərabər, Demokrat və Səadət partiyaları ilə ittifaq qura biləcəklərini istisna etməyib: “Bizim nə edəcəyimizə başqası qarışa bilməz. Biz cümhurbaşqanlığı seçimlərində partiyamız adına namizəd göstərəcəyik. Dostlarımız məni istəyirlər, mən də buna “HƏ” deyirəm. Lakin ittifaq yaradaraq, seçimə getməyəcəyik. İttifaq ilə bağlı düşünsək-düşünsək, yalnız  Demokrat və Səadət partiyaları ilə yan-yana gəlməyi düşünürük. Ancaq bir görüşməmiz də yox bu anlamda. Dolayısı ilə nə CXP, nə də diğər partiya ilə birlikdə seçimə getmək kimi bir birlikdəliyimiz ola bilməz”.

gul-saadet

O, eyni zamanda, sabiq cümhurbaşqanı, hakim AKP-nin iki qurucusundan biri olan və son zamanlar bir sıra məsələlərdə Ərdoğanla tərs düşən A. Gülün namizədliyini dəstəkləyə biləcəyi yönündə səslənən iddialara qarşı sərt çıxıb.“İYİ Parti” ilə oturub, “İYİ Parti” ilə qalxırlar. Yazarın biri  yazmış: Sayın Abdullah Gül ilə  “haşır-nəşirmişik”, görüşürmüşük, o, namizəd olacaqmış, mən də namizədliyimi geri çəkəcəkmişəm.Mənim sözüm söz. “Çatı adaylar”- “vahid namidədlər” məsələsi, filan vardı… Qardaşım, nə “çatı”, nə baca, nə də pəncərə…Mən 2019-da namizədəm.Qazanacağam.Hələb oradaysa, arşın da burada. Hamımız birlikdə görəcəyik.Niyə qorxursunuz?!” – deyə, xanım Akşənər vurğulayıb.

A.Gül də hələlik namizədlik, “çatı aday” məsələsində ehtiyatlı mövqe tutmaq yolunu tutub. Düzdür, bir müddət öncə əski CXP genəl başqanı Baykalla namizədlik məsələsində qarşı-qarşıya gəlsə də, hətta, sabiq baş nazir müavininə  qarşı sərt ifadələr səsləndirsə də, Gülün özünün də prezidentliyə namizədliklə bağlı xüsusi planları var kimi görsənir. Onun namizədliyinin isə daha çox dinçi-mühafizəkar partiya olan Səadət Partiyası tərəfindən irəli sürülə və dəstəklənə biləcəyi söylənilir.

Hətta, Səadət Partiyasının lideri Təməl Karamollağolu bununla bağlı müsbət, Gülə jest olacaq ifadələr səsləndirib, ancaq eyni zamanda, son sözün partiyasının və Gülün qərarından asılı olacağını sözlərinə əlavə edib. Bununla yanaşı, “Səadətçi”lərin seçkilərdə daha real iştirakı özlənilən və udma şansı yüksək olan Akşənərə üstünlük verəcəyi mümkün ehtimallar sırasında ən öndə gəlir…

Türkiyənin 5-ci partiyası olan terrorçu PKK yönümlü HDP-yə gəldikdə isə…

Etikxeber.az

Read Previous

Terrorizmin bütün forma və təzahürlərini qınayırıq – XİN

Read Next

2 oğlunu Vətən üçün şəhid vermiş mərd anamızın əlindən öpdük… – DEPUTAT YAZDI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir