Ərdoğan ilk dəfə Akşənərin “İYİ PARTİ”si haqda danışdı və…

“İP”-miş,  o, imiş, bu, imiş,  bunların milli və yerli kimi  bir dərdləri yoxdur”.

Etikxeber.az xəbər verir ki, bunu Türkiyə prezidenti, AKP genəl başqanı Rəcəb Tayyib Ərdoğan Afrika səfərinin sonuncu günü jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Belə ki, Ərdoğan ilk dəfə olaraq, Meral Akşənərin lideri olduğu “İYİ PARTİ” haqda fikirlərini açıqlayıb.

Ərdoğan sonra “Digərlərinin nə etdiyi  bizi ilgiləndirmir. Biz öz  işimizə baxacağıq. Bizimlə bərabər (yəni, “Cümhur ittifaqı”na daxil olan iki partiyanı nəzərdə tutur-red) BBP-nin də yürüməsi müzakirə movzusudur. İP-miş, o, imiş, bu, imiş, falan-filan, bunların milli, yerli deyə bir dərdi yox. Biz bu ölkənin dərdləriylə həmdərd olan, ölkənin dəyərlərini mənimsəyən, qəbul edən insanlarla “Cümhurun ittifaqı”nı qururuq” – deyə, sözlərinə əlavə edib.

aksener-12

M. Akşənər isə Ərdoğanın fikirlərinə belə cavab:

“Axır ki, o da bizə çəmkirdi”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Büdcədən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları artırıldı – SƏRƏNCAM

Read Next

9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçirilir – BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir