10 məktəblinin problemi həll edildi: “Xoşbəxt olmaq üçün adi bir sms yetərli imiş…”

İsmayıllı ilə Qəbələnin arasında bir kənd var. O kəndin uşaqları düz 3 km yolu piyada qət edib məktəbə gedirlər. Həm də bu çovğun və qiyamətdə. Üstəlik, illərdir. Elə də gözəl, həyat eşqli, nur topu balalardır ki…Nə vaxt rayona yolum düşsə onların gedişinə, məktəb həvəsinə, oxuma əzmlərinə heyranlıqla tamaşa edirəm. Bir dəfə status da yazmışdım bu haqda. Yazmışdım, biz zorla balalarımızı dərsə apara bilmik, isti maşına da naz edirlər, amma soyuqda-sazaqda yol ölçüb məktəbə tələsənlər var.

Əlqərəz, 2 həftə öncə Zaqatalaya gedərkən yenə həmin məktəbliləri gördüm. Lap balacadırlar. Yellənə-yellənə diki (yol üzü yuxarıdı) qalxırdılar. Dedim, oturun maşına mənimlə gedək. Əvvəl qorxdular. Ehtiyat elədilər. Amma soyuq necə sızıldayırdısa rahatlıq qorxunu ustələdi və 7 uşağın 7-di də maşına mindi. Getdik. Məktəbin nömrəsini, kəndin adını və s detalları da yolüstü öyrəndim.

Hadisədən düz 3 gün sonra İsmayıllıdan olan dəyərli bir dostuma bu haqda danışmışdım. Ad günü məclisində. Amma söz arası. Bu gün səhər baxıram, telefonuma sms gəlib. Həmin dostumdan. Mətni olduğu kimi paylaşıram. Nöqtəsinə, vergülünə toxunmadan:

“Əziz qardaş, sabahın xeyir. Bilirəm sms yazmaqçün tezdi, amma düşündüm məlumatın olsun. O dediyin kəndin uşaqları ilə maraqlandım. 7 yox, 10 nəfərdilər. Sən onları aparan vaxt 3-ü xəstə olub. Qalanları məktəbə yaxın kəndlərdəndi. Yəni, əziyyət çəkən yalnız 10 uşaqdı. Yeni il tətilindən sonra onlar üçün avtobus danışmışam. Düz martın sonuna qədər evdən məktəbə, məktəbdən isə evə aparıb gətirəcək. Ok? Narahat olma. Öpürəm. Özündən muğayat ol”.

Elşən Musayev, 

Millət vəkili

P.S Bəzən xoşbəxt olmaq üçün adi bir sms yetərli imiş…

Etikxeber.az

Read Previous

Üzərində qızıl-zinət əşyaları aşkar edildi – FOTO

Read Next

Daha 4 əsgər şəhid olub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir