125 saylı Dairənin 5 namizədi MSK-ya -ŞİKAYƏT ETDİ

125 saylı Zəngilan-Qubadlı seçki dairəsində deputatlığa namizədlərin bir hissəsi bir araya gəlib.

Etikxeber.az xəbər verir ki, namizəd Anar Əsədlinin seçki qərargahında toplaşan Afət Məhərrəmova, Faiq Kərimov, Emin Həsənov Baxşəli Əliyev fevralın 9-da keçirilmiş seçkilərdə dairə üzrə total saxtakarlığın baş verdiyini vurğulayıblar.

Namizədlər qeydə alınan qanun pozuntularının dairə üzrə seçkinin ləğvinə əsas verdiyini bilidiriblər. Toplantıda iştirak edən namizədlər 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə seçkinin nəticəsinin ləğv olunması üçün Mərkəzi Seçki Komissiyasına müraciət ediblər.

Müraciətdə deyilir:

“Biz 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən 09 fevral 2020-ci il Milli Məclisə keçirilən seçkilərdə namizəd kimi iştirak etmişik. İctimaiyyətə bildiririk ki, seçki günü namizədlər olaraq, bir çox hüquq pozuntusu ilə qarşılaşmışıq. Qarşıladığımız bütün pozuntuları müşahidəçilərimiz, səlahiyyətli nümayəndələrimiz, vəkil edilmiş şəxslər vasitəsilə aktlaşdırılmış, video və fotolaşdırılmışdır. İctimaiyyətə bildiririk ki, seçki günü Azərbaycan Respublikasının Seçki Məcəlləsinin normaları kobud şəkildə pozulmuşdur. Xüsusilə 125 saylı Zəngilan-Qubadlı Dairə Seçki Komissiyası pozuntularla bağlı düzgün araşdırma aparmamış, bütün namizədlərə eyni məzmunlu qanunsuz qərarlar tərtib edərək, təqdim etmişdir. Bildiririk ki, 125 saylı Zəngilan-Qubadlı Dairə Seçki Komissiyası göstərdiyimiz hüquq pozuntuları ilə bağlı ədalətli araşdırma aparmayaraq, Seçki Məcəlləsini və Konstitusiyanı kobud şəkildə pozmuşdur.Biz namizədlər olaraq, Mərkəzi Seçki Komissiyasından xahiş edirik ki, hüquq pozuntularını obyektiv və ədalətli araşdıraraq, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin nəticələrinin ləğv etməklə, qeyri-qanuni hərəkətlərə yol vermiş şəxslər barəsində ölçü götürülməsini təmin etsin”.

Etikxeber.az

Read Previous

“O, möhkəm oğlandır…”- TRAMP – ABŞ PREZİDENTİ ƏRDOĞANLA YENƏ İDLİBİ MÜZAKİRƏ ETDİ…

Read Next

“Polis və məhkəmə orqanlarının fəaliyyəti ilə əlaqədar şikayətlərin sayı az deyil…” – PREZİDENT ADMİNİSTRASİYASI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir