Goranboylu İkinci Vətən Müharibəsi Şəhidi, ali təhsilli, subay, MAXE-ARİF SÜLEYMANOVUN BU GÜN 30 YAŞI TAMAM OLUR…

Goranboy rayonunun Veyisli kəndinin iki İkinci Vətən Müharibəsi Şəhidindən biri olan Arif Ramiz oğlu Süleymanovun doğum günüdür.

Arif Süleymanovun bu gün 30 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Arif Süleymanov 1994-cü ilin yanvar ayının 5-də dünyaya gəlib.

Ailənin üç övladından, iki qardaşdan biri, ali təhsilli və subay olub.

Tək bacısı Qazi ilə ailəlidir.

Azərbaycan Ordusunun Kiçik çavuşu, MAXE olan Arif Süleymanov İkinci Vətən Müharibəsi zamanı ilk anlardan döyüşlərdə iştirak edib.

Şərəfli döyüş yolu 12 gün çəkib.

O, oktyabrın 8-də Suqovuşan istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra, oktyabr ayının 9-da Veyisli kənd qəbiristanlığında dəfn edilib.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 30 yaşı mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Əslən Goranboylu, özü isə Mingəçevirli olan Şəhid qardaşlardan Əli Əhmədovun bu gün-CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR…

Read Next

Bəzi yerlərə yağış, Şahdağ və Sarıbaşa qar yağıb-FAKTİKİ HAVA AÇIQLANDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir