“224 nəfər karantin şəraitində saxlanılır” – OPERATİV QƏRARGAHDAN VƏTƏNDAŞLARA MÜRACİƏT

Bu günə olan məlumata görə, 224 nəfər karantin şəraitində saxlanılır.

Etikxeber.az xəbər verir ki, bunu mətbuat konfransında  Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in İşçi Qrupun rəhbəri Vasif Əliyev bildirib.

Bunlardan 12-si İran, 1-i İtaliya, 7-si digər ölkələr, qalanları Azərbaycan vətəndaşıdır.

Müayinələr zəncirvari reaksiyalar vasitəsilə aparılır və cavab bir müddət vaxt alır: “Rəqəmlər daim dəyişir. Mənfi cavabı çıxanlar evə müşahidəyə buraxılır. Amma koronavirus olmasa belə, başqa respirator xəstəliyi olanlar müalicə olunmalıdır”.

“İran-Azərbaycan sərhədinin bağlanması bizim səlahiyyətimizdə deyil. Amma vətəndaşlar da bizimlə əl-ələ verib işləməlidir”.

Bunu isə Nazirlər Kabineti yanında koronavirusla əlaqədar yaradılan Qərargahın digər üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, 10 gündür İranda koronavirus aşkarlanıb, hələ də ora ilə gediş-gəliş davam edir: “İnsanlar özləri gediş-gəlişi azaltmalıdır. Hətta sərhədi keçən qızdırması olmayan şəxslərə də xüsusi vərəqələr paylanılır, tövsiyə edirik ki, evdən az çıxsınlar, diqqətli olsunlar”.

“Məktəb və bağçalarda dezinfeksiya işləri aparılır”.

Bunu da Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib:

“Xəstə uşaqların məktəbə və bağçaya aparılmaması lazımdır. Hazırda məktəblərin bağlanması müzakirə olunmur. Koronavirus o qədər geniş yayılmayıb ki, bu cür qərar verilsin. Koronavirusun yayılması genişlənərsə, məktəb və universitetlərin bağlanmasından söhbət gedə bilər”

“İnsanları çağırırıq ki, sosial şəbəkələrdə ajiotaj yaratmasınlar. İrandan və digər ölkələrdən gələnləri yoxlayanlar xüsusi geyimdə olurlar, bu görüntüləri “koronavirus var” deyə yaymaq ajiotaj yaradır”.

Bunu öz növbəsində TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib: “Biz daim rəsmi məlumatlar açıqlayacağıq. Bu görüntüləri yaymazdan əvvəl bizimlə əlaqə saxlayın, mütəxəssislərdən dəqiq öyrənib məlumat verək”.

R. Əliyeva deyib ki, TƏBİB-in 24 saat fəaliyyət göstərən “Qaynar xətt”i fəaliyyətə başlayıb. “Qaynar xətt”in nömrəsi 1542-dir: “Hər hansı vətəndaş özündə koronavirusla bağlı şübhə və ya digər əlamətləri hiss edərsə, bu nömrə ilə əlaqə saxlasınlar”.

Etikxeber.az

Read Previous

Ağdamda 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılmasına 1,4 milyon manat ayrıldı – SƏRƏNCAM

Read Next

“Allah-taala da istədi ki, mən müğənni olum…” – SƏKİNƏ İSMAYILOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir