3 aydan çoxdur haqqında heç bir xəbər çıxmayan Əsgərin-BLOKNOTU TAPILDI…

19 yaşlı, ata-anasız, Gəncədə xalasının himayəsində yaşamış əsgər Əmrah Rəcəbovun bloknotu tapılıb.

Etikxeber.az-ın xəbərinə görə, bu haqda İkinci Vətən Müharibəsinin iştirakçılarından, qəhrəmanlarından olan, “Qubadlının azad olunmasına görə”“Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilən, əslən Qəbələli, hazırda Bakıda yaşayan Vüqar Müzəffərov məlumat verib.

Onun sözlərinə görə, Ə. Rəcəbovun İkinci Vətən Müharibəsi başlayan vaxt hərbi xidmətini-əsgərliyini başa vurmağa cəmi bir neçə ay qalırmış.

“Düzünü desəm, Əmrahı tanımırdım, sadəcə, Şuşada olarkən bir əsgərimizdən onun haqqında eşitdim. Bildiyim qədər ilə müharibə başlayan ilk günlərdən də Əmrahdan xəbər çıxmayıb, onun haqqında xəbər almaq mümkün olmayıb. Onun Füzuli istiqamətində döyüşlərdə Şəhid olduğu ehtimal edilir…

Dekabrın 31-i günü, təxris (tərxis) edilməzdən iki gün əvvəl Şuşada olarkən Füzuli istiqamətindən gəlmiş bir əsgərimiz Əmrahın bloknotunu mənə göstərdi və verdi. Dedi ki, bunu Haramı düzü tərəfdə tapıb. Mən də bloknotdan təsadüfən Əmrahın xalasının nömrəsini tapdım və ona zəng etdim.

Dedim ki, Əmrahın bloknotu məndədir və tərxis olunan kimi, mütləq çatdıracağam. Yazıq qadın elə bildi ki, Əmrahdan xəbər var…Və xahiş etdi ki, həmin bloknotu onu çatdırsınlar. Bakıya yeni qayıtmışam, bir-iki günə cəbhə yoldaşım və dostum Həsənlə birlikdə bloknotu aparıb Əmrahın Gəncədə yaşayan, onu saxlayan xalasına verəcəyik. Az da olsa, təsəlli olar…Həmin gündən hələ də özümə gələ bilmirəm…Çox ağırdır…”-deyə, V.Müzəffərov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 802 yeni yoluxma-DAHA 31 ÖLÜM…

Read Next

“Şəhid ailələri və Qazilərimiz hər zaman ölkə Prezidenti ilə Birinci vitse-prezidentin diqqət və nəzərindədirlər”-MİLLƏT VƏKİLİ ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRLƏ NÖVBƏTİ GÖRÜŞÜNÜ KEÇİRDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir