Bu gün Milli Məclisin (MM) növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilir.
Etikxeber.az-ın xəbərinə görə, iclasın gündəliyinə 38 məsələ daxil edilib.
Qeyd edək ki, növbədənkənarr sessiyanın son plenar iclası iyulun 12-də keçiriləcək.
Bununla da MM öz fəaliyyətini başa vuracaq, ayın 15-dən isə millət vəkilləri tətilə gedəcəklər.
***
Qeyd edək ki, gündəlikdə 38 məsələnin müzakirəsi nəzərdə tutulsa da, iclasa sədrlik edən spiker Oqtay Əsədov 3 məsələnin çıxarıldığını bildirib.
O, qeyd edib ki, növbəti 3 məsələ ayın 12-də keçiriləcək iclasın gündəliyinə salınıb.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az