3 yeni-YOLUXMA…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 782 818 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 61 nəfərdir.

Ölkədə son sutka ərzində 2 351, hazırkı dövrədək isə 6 823 023 test aparılıb.

Etikxeber.az

Read Previous

Valideynləri Ukraynada həlak olan azyaşlılar-AZƏRBAYCANA GƏTİRİLDİ

Read Next

Sumqayıtdakı yanğının söndürülməsi zamanı fərqlənən FHN və DİN əməkdaşları təltif edildi-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir