“525” həm də geniş auditoriyası olan oxunaqlı ədəbiyyat qəzetidir” – HƏBİBBƏYLİ – FOTO

Noyabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunda “525-ci qəzet”in 25 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Etikxeber.az AZƏRTAC-a istinadən  xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli 25 yaşlı “525-ci qəzet”in tarixi missiyasından, mətbuatın inkişafındakı xidmətlərindən danışıb. Ümummilli lider Heydər Əliyevin demokratik, müstəqil mətbuat ideyalarını Prezident İlham Əliyevin böyük istək və qayğı ilə inkişaf etdirdiyini vurğulayan akademik bu gün ölkəmizdə dünya standartlarına uyğun mükəmməl KİV sisteminin yarandığını, “525-ci qəzet”in bu sistemdə ləyaqətli yer tutduğunu deyib. Diqqətə çatdırılıb ki, qəzetin əməkdaşları bütün fəaliyyətləri boyu ulu öndər Heydər Əliyevin demokratik mətbuat ideyalarını rəhbər tutaraq Azərbaycana və azərbaycançılıq ideyasına sadiq olub, müstəqilliyimizin qorunmasına və inkişafına bacardıqları qədər xidmət göstəriblər. İ.Həbibbəyli qeyd edib ki, “525-ci qəzet” özünəməxsus ədəbiyyat qəzeti, eyni zamanda, fərqli ictimai-siyasi qəzet kimi tanınmaqla yanaşı, həm də mədəni-maarif hərəkatının güzgüsü olan mətbuat orqanıdır. Siyasətçilər üçün ən yaxşı ictimai-siyasi qəzet kimi qəbul edilən “525-ci qəzet”, həm də geniş auditoriyası olan oxunaqlı ədəbiyyat qəzetidir.

Digər çıxış edənlər də “525-ci qəzet”in səhifələrində müasir dövrün ən mükəmməl ədəbi-bədii nümunələrinin, ünlü yazıçı və şairlərimizin əsərlərinin özünə yer tapdığını bildiriblər. Türk dünyasının ədəbi-mədəni fikrinin formalaşmasında müstəsna rolu olan “525-ci qəzet”in istər ədəbiyyat, istərsə də jurnalistika sahəsində parlaq simalar yetişdirdiyi vurğulanıb.

Etikxeber.az

Read Previous

Taxıl məhsullarının keyfiyyəti sahəsində inzibati xətalar haqqında protokol tərtib edilməyəcək

Read Next

Prezident yenidən qurulan Suqovuşan-Həşimxanlı avtomobil yolunun açılışında iştirak etdi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir