7 yeni-YOLUXMA…

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 680 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 782 921 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 50 nəfərdir.

Ölkədə son sutka ərzində 3 110, hazırkı dövrədək isə 6 858 298 test aparılıb.

Etikxeber.az

Read Previous

Azərbaycan əhalisinin sayı məlum oldu-10 MİLYON 167 MİN 178 NƏFƏR

Read Next

Litva prezidenti-AZƏRBAYCANDA – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir