Nicatımızın mövludundan-Cənnətdəki ilk ad günündən bir gün öncə…- KAMİL HƏMZƏOĞLU YAZDI – FOTOLAR

Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin-ailənin tək oğlu Nicat Vasif oğlu İbişovun sabah, 27 avqust tarixində mövludu, Cənnətdəki ilk ad günüdür, 21 yaşı tamam olur.

Sabah Bakıda, şəhərdə vacib şəxsi işlərim olduğu üçün Şəhidimizin Cənnətdəki ilk doğum günü ilə bağlı Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarının ziyarətində və sonra doğulub boya-başa çatdığı evdə keçiriləcək mərasimdə çox təəssüflər olsun ki, iştirak edə bilməyəcəyəm.

Ona görə bu gün, mövludundan bir gün öncə Şəhidimizin Mingəçevirdəki, “QRES” qəsəbəsindəki evlərini, ailəsini ziyarət etməyə gəlmişəm.

Bunu boynumun borcu bildim…Yoxsa, özümü bağışlaya bilməzdim.

Şəhidimizin anası Samirə xanımla, atası Vasif bəylə, bacısı Ləmanla (Turizm Kollecinin tələbəsidir), ana babası Zeynəddin kişi ilə və ana nənəsi Sara xanımla görüşdüm…

Bir daha Şəhidimizin, Nur üzlümüzün ailəsinə, əzizlərinə başsağlığı diləklərimi çatdırdım, Allahdan onlara səbr dilədim, “Cəmi Şəhidlərimizin, içində də Nicat balamızın məkanı cənnətlik, ruhu şad olsun. Baş tacımız, And yerimiz, Qürurumuz, Fəxrimizdir. Hamısına-Qələbəmizə, Zəfərimizə görə borcluyuq. Onların sayəsində Qələbə, Zəfər qazanıldı…Kimsə də onların Haqqını yeyə, dana bilməz”-dedim.

Onu da qeyd edim ki, Şəhidimizin ailəsi çox sakit, çox sadə, çox səmimi insanlardır…

Həm Fəxrli, Qürurlurdular…,çünki Nicat kimi İgidin, Qəhrəmanın valideynləri, əzizləridirlər…

Nicat cəmi 20 yaşında, Suqovuşan istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik kimi Ali məqama ucalıb, Azərbaycanın adını ucaldıb, o, Qələbə, Qalibiyyət Şəhididir… Və belə bir övladla, nəvə ilə Qürur duymamaq, Fəxr etmək mümkün deyil.

Həm də hüznlü, kədərlidilər, üzləri gülsə də, gözlərindən dərd, kədər yağır ailəsinin…Çünki canlarından can gedib, can ayrılıb…Övlad, nəvə itiriblər…Övlad, nəvə acısı yaşayırlar…

Hamısının gözləri sanki yoldadır, gözləri yol çəkir…Nicatın yenidən gələcəyini, dönəcəyini gözləyirlər…

Amma…

Allah Şəhidimizin, Nicat balamızın ailəsinə, İbişovlar ailəsinə səbr, dözüm versin!

Böyük Yaradan Şəhidimizin, Nur üzlümüzün mövludunu, Cənnətdəki ilk ad gününü, 21 yaşını mübarək, məqamını Uca, məkanını cənnətlik etsin!

Daim qəlblərdə, qəlbilmizdə yaşayacaq!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

26.08.2021, Bakı-Mingəçevir-Bakı

Etikxeber.az

Read Previous

İki erməni hərbçi Azərbaycan sərhədçisinə hücum etdi, əlbəyaxa davada əsgərimiz bıçaq yarası aldı-DSX MƏLUMAT YAYDI

Read Next

“Əgər vaxtında mənim sözlərimə əməl edib torpaqlarımızdan çıxsaydılar, belə bir rəzil vəziyyətə düşməzdilər…Nəticədə yenə də mənim sözlərimə əməl etməli oldular”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir