Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun (İYTİ) kimya bölməsinin əməkdaşları mobil telefonla qanın analizini həyata keçirmək niyyətindədirlər.
Etikxeber.az Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, əvvəlcə xəstədən alınan qan xüsusi kağız üzərinə hopdurulur. Kağızın tərkibindəki maddələr qanla reaksiyaya girdikdən sonra telefonla fotosu çəkilir. Daha sonra telefona yüklənmiş müvafiq mobil tətbiqetmə ilə qanın analizinin nəticələri əldə edilir.
İYTİ-nin əməkdaşı Ümid Hakan Yıldızın sözlərinə görə, layihəni həyata keçirməkdə əsas məqsəd qan analizinin ucuz qiymətə başa gəlməsinə və onun nəticələrinin qısa müddətdə əldə edilməsinə nail olmaqdır. Bu üsulla, hətta qanda Hepatit B və Hepatit C viruslarını da müəyyən etmək mümkün olacaq.
Etikxeber.az