Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Hyatt Regency” mehmanxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Sağlam Düşüncə” Gənclər təşkilatının icra etdiyi “Tütünsüz Cəmiyyət” layihəsi çərçivəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin tərəfdaşlığı ilə təşkil olunan Tütünlə Mübarizə üzrə IV Milli Konfrans keçirilib.
Etikxeber.az xəbər verir ki, tədbirdə Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev, parlament aparatının Sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, “Sağlam Düşüncə” Gənclər Təşkilatının İdarə heyətinin üzvü Ramiz Əliyev və başqaları çıxış ediblər.
Konfransda bütün dünyada qeyri-infeksion xəstəliklərin əsas mənbələrindən birinə çevrilən tütünçəkmə problemləri, onun yeniyetmə və gənclər arasında yayılma dairəsi barədə söhbət gedib, “Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsi – əhəmiyyətli perspektivlər” mövzusu müzakirə olunub, həmçinin, tütünlə bağlı mübarizə sahəsindəki yeniliklərdən danışılıb.
Konfrans çərçivəsində tütünlə mübarizə sahəsində görülən işlər, “Tütünə qarşı mübarizə üzrə” Dünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyası, tütünlə mübarizə sahəsində dünya təcrübəsi və tütünlə mübarizə üsulları barədə çıxışlar edilib və fikir mübadiləsi aparılıb.
MM-in Səhiyyə komitəsinin sədr müavini M. Quliyev çıxışında qeyd edib ki, “Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında” qanunun qəbul olunması hamı üçün vacibdir:
“Qanunun mahiyyəti tüstüsüz mühit yaratmaqdan ibarətdir. Qanun qəbul edilən zaman sulu qəlyanlarla bağlı mübahisələr yaranmışdı. Nəticədə sulu qəlyanlardan da istifadə qadağan edildi. Qeyd edim ki, bir sulu qəlyandan istifadə 200 siqaretin çəkilməsinə bərabərdir”.
Millət vəkili onu da bildirib ki, İSİM-in apardığı sorğunun nəticələrinə görə Azərbaycanda tütündən istifadə edənlərin 70%-i siqareti tərgitməyə hazır olduqlarını deyiblər.
Etikxeber.az