Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Millət vəkili, şair Musa Urud (Quliyev) oxucuları və izləyicilərinin görüşünə yeni-növbəti şeiri ilə gəlib.
Etikxeber.az xəbər millət vəkili bu dəfə oxucuları və izləyicilərinə bu ilin noyabrın 25-də işğaldan azad olunması gözlənilən Kəlbəcərə həsr etdiyi şeirini təqdim edib.
“Facebook” səhifəsində paylaşdığı və təqdim etdiyi şeiri “Salam, Kəlbəcər!” adlanır.
Həmin şeiri oxucularımıza təqdim edirik:
Salam, Kəlbəcər!
Gözün aydın Vətən, salam, Kəlbəcər,
Gözləri yollarda qalan Kəlbəcər.
Qayıdır övladın, balan, Kəlbəcər.
Torpaq sevinəcək, dağ sevinəcək,
Çiçək sevinəcək, gül sevinəcək.
Bulaq çağlayacaq , arx sevinəcək
Elat yeriyəcək, yol sevinəcək.
Ruhu şad olacaq Dədə Şəmşirin,
Şəhid qəbirləri rahat olacaq.
Yenə çağlayacaq gözəl “İsti su”,
Yenə Dəli dağda el yığışacaq,
Yenə də çal- çağır, büsat olacaq!
Yenə qalanacaq ocağın- odun!
Cavid Qəmbəroğlu, gözlərin aydın,
Dədənin ruhuna qovuşdun, şükür!
Yeni Kəbəcərin qurulmasında
Sənin də baxtına pay düşdü, şükür!
Başına yığışıb Adil həkimin
Yenə gedəcəyik Zülfüqarlıya.
Sazı köynəyindən çıxart, Ədalət,
Bu gün çox qürürlu, çox vüqarlıyam!
Çal- çağır, bu gözəl günləri vəsf et!
Bu igid Ordunu, Lideri vəsf et!
Şairin duası haqqa tez çatır,
Allah, bu birliyi, inamı qoru!Xalqın ümid yeri, İlhamı qoru!
O yurdu qoruyur, sən onu qoru!
Kəlbəcər qayıdır, el , gözün aydın!
Ağdam qayıdacaq, Laçın gələcək,
Bu Qara torpağa ağ gün gələcək.
Üç rəngli bayrağı hər daş öpəcək,
Nurlu gecələrin aydınlığında,
Göylər başımıza ulduz səpəcək!
Qeyd edək ki, ərazicə Azərbaycanın ən böyük rayonu olan Kəlbəcər 1993-cü ilin aprelin 2-də işğalçı və təcavüzkar Ermənistan tərəfindən işğal olunub.
10 noyabr 2020-ci il anlaşması-bəyanatına əsasən Kəlbəcərin işğaldan azad olunması noyabrın 15-nə nəzərdə tutulsa da, son anda bu məsələdə dəyişiklik baş verib, rayonun işğaldan qurtulması noyabrın 25-nə qalıb.
Azadlığın, qurtuluşun mübarək, Kəlbəcər!
Etikxeber.az