“Açdıqları çay süfrəsinin arxasında söhbət etdik…”-MİLLƏT VƏKİLİ ŞƏHİD AİLƏSİNƏ, QARABAĞ MÜHARİBƏSİ ƏLİLİNƏ BAŞ ÇƏKDİ… – FOTOLAR

Ramazan bayramı münasibətilə 22-25 may tarixlərində Zərdabda və Ucarda oldum.

Hər iki rayonda baş çəkdiyim ailələrin içərisində şəhid ailələri, dünyasını yeni dəyişmişlərin yaxınları və aprel döyüşçüsü olan qazi qardaşımız da var idi. Elə həmin igid qardaşımızdan başlamaq istəyirəm.

Ucarın Bərgüşad kəndindən 2016-cı ildə əsgər gedən və daha sonra torpaqlarımız uğrunda həyata keçirilən şanlı aprel döyüşlərində iştirak edən, düşmən gülləsinə tuş gələn, ağır yaralanan, amma xoşbəxtlikdən sağ qalan 2-ci qrup əlil Nuruş Nəsiyevi evində ziyarət etdik.

Atası Azər kişi, qardaşları, anası, ailənin digər üzvləri o qədər zəhmətkeş, mərd və qürurlu insanlardırlar ki, belə bir ailəni tanıdığına sevinir insan.

İndi Cocuq Mərcanlıda dalğalanan bayrağımıza baxdıqca duyduğumuz qürur hissində bu ailənin qəhrəman oğlunun da payı var…

Həmin gün Ucarın Bərgüşad kəndində şəhid Ramazan Xudaverdiyevin, şəhid Buludxan Şəmiyevin, şəhid Bəkir Əlifovun ailələri ilə görüşdük.

Kənd ağsaqqalı, 2-ci qrup müharibə əlili hacı Səməd Əliyevin çox səmimi, mehriban ailə üzvləri ilə yaxından tanış olduq.

Ağsaqqalın kəndlə bağlı dəyərli tövsiyələrini dinlədik.

Həmin kənddə valideyn himayəsindən məhrum 2 övladımızı sevindirməyə çalışdıq.

Ucarın Lək kəndində isə azyaşlı 4 övladımızla görüşdük.

Kənd ağsaqqalı hacı Nərimanla və ailəsiylə bayramlaşdıq.

Açdıqları çay süfrəsinin arxasında söhbət etdik.

Kəndin problemləriylə maraqlandıq.

Həmun günlərdə Zərdabın 6 kəndində-Gəlmə, Aşağı Seyidlər, Şıxbağı, Dəliquşçu, Məmmədqasımlı, Hüseynxanlı, Gödəkqobu kəndlərində-valideyn himayəsindən məhrum 15 uşağın bayramını təbrik etdik.

Ehtiyaclarıyla maraqlandıq.

Aşağı Seyidlərdə şəhid Samir Qurbanovun ailəsinə baş çəkdik.

Rayonda daha 4 aztəminatlı ailənin problemlərini dinlədik.

Bugünlərdə dünyasını dəyişmiş Gülşən müəllimənin, Əzizə ananın, Akif müəllimin ailələrini təskin etdik.

Həm Ucarda, həm də Zərdabda görüşlərimizdə bizimlə birlikdə iştirak edən və təşkilati köməyini əsirgəməyən bütün icra nümayəndələri, dəyərli Məcid, Əfqan, Gündüz, Veysəl, Sabit, Elman, Rzağa, Xətai, Mətləb, Fuad qardaşlarım sağ olsunlar.

Ramazan – yardımlaşma, paylaşma, mərhəmət ayıdır.

Bu bayramda təşəbbüsümüzə qoşulan hər kəsə, xüsusilə Yeni Yurd İctimai Birliyinin sədri, işqadını, xeyirpərvər Mahirə xanım Əsədovaya görüşdüyümüz ailələrə göstərdiyi maddi yardıma üçün təşəkkür edirəm.

Bir də, ölkəmiz və xalqımız naminə gördükləri misilsiz işlərə görə həm ölkə Prezidenti cənab İlham Əliyevi, həm də Birinci vitse prezident xanım Mehriban Əliyevanı ürəkdən sevən, onları hər an dəstəkləyən bütün insanlara, görüşdüyüm bütün seçicilərimə bu sağlam mövqeləri üçün, dövlətə və dövlətçiliyə ürəkdən bağlı olduqları üçün dərin minnətdarlığımı bildirirəm.

12:10, 26 may

Jalə ƏLİYEVA,

Millət vəkili, professor

Etikxeber.az

Read Previous

“Dünyada narkotikdən istifadənin yaş həddi aşağı düşür”- RAQİF ALLAHVERDİ YAZIR

Read Next

“Ermənistan bu məhkmə işindən Azərbaycana qarşı bir siyasi və diplomatik təzyiq aləti kimi istifadə etməyə, Azərbaycanın üzərinə siyasi və hüquqi öhdəlik qoymaq istəyirdi, amma…”-AYDIN MİRZƏZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir