Azərbaycanın ərazi toxunulmazlığı həm də Avropa üçün önəmli məsələdir – NAZİR MÜAVİNİ- YENİLƏNİB – (2)

Avropa İttifaqı (Aİ) -Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin növbəti tədbiri-15-ci iclası Bakıda-Milli Məclisdə (MM) öz işinə başlayıb.

Oxu.Az-ın xəbərinə görə, ikigünlük təbdirdə adıçəkilən komitənin üzvləri ilə yanaşı, nazirlər, Prezident Administrasiyasının (PA) məsul şəxsləri də işiriak edəcəklər.

Nazirlərdən Elmar Məmmədyarov, Pərviz Şahbazov, Şahin Mustafayev, PA-dan şöbə müdiri, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov iştirak və məruzə edəcəklər.

***

Avropa İttifaqı -Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev son illər hər iki qurum, o cümlədən, Azərbaycanla Aİ arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bildirib.

O, eyni zamanda xatırladıb ki, 2015-ci ildə bəzi səbəblər üzündən yaranan bir illik fasilədən sonra, yəni, 2016-cı ildən bu yana Əməkdaşlıq Komitəsi yenidən fəaliyyətini davam etdirməkdədir və bu əməkdaşlıq hər iki tərəfə olduqca vacibdir:

“Əməkdaşlıq Komitəsinin iclası bir il öncə bundan qabaq olmuşdu. 15-ci iclasın isə Bakıda keçirilməsi qərara alındı. Hesab edirik ki, ikigünlük iclasımız-müzakirələrimiz də münasibətlərimizin inkişafında əhəməyiyyətli və səmərəli rol oynayacaq”.

***

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Səyyad Kərim isə çıxışında Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərindən məmnun olduğunu bildirib.

O, vurğulayıb ki, Avropa İttifaqı Azərbaycan üçün həm də ticari tərəfdaşdır:

“Əməkdaşlığımız yalnız enerji sahəsi ilə məhdudlaşmır. Azərbaycanın böyük nəqliyyat qovşağına sahib olması əməkdaşlıqda xüsusi yer tutur”.

S. Kərim deyib ki, 2016-cı ilin noyabrında Azərbaycanla Avropa İttifaqı arasında danışıqlara başlamaq üçün mandat verilib və bu danışıqlar 2017-ci ilin fevralında başlayıb:

“Azərbaycanın ticarətinin yarısı Avropa İttifaqı ölkələrinin payına düşür. Avropa İttifaqıölkələrinin neftə tələbatının 5 faizini Azərbaycan təmin edir. Cənubi Qafqaz Qaz Dəhlizi layihəsinə Avropa İttifaqı böyük önəm verir. Bizi həm də Azərbaycanın böyük nəqliyyat qovşağına çevrilməsi maraqlandırır. Bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu önəmlidir”.

S. Kərim qeyd edib ki, regionda baş verənlər diqqət mərkəzindədir:

“Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlıdır”.

***

mah-quluyev

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev çıxışında bildirib ki, Aİ ilə əməkdaşlıq Azərbaycan üçün prioritet məsələlərdən biridir.
O, deyib ki, hazırda qarşılıqlı faydalı əməkdaşlıq hər bir tərəfin marağındadır. M. Məmmədquliyevin dediyinə görə, tərəfdaşlıq və əməkdaşlıq sazişinin imzalanması, vizaların asanlaşdırılması, mobillik sahəsində tərəfdaşlığa dair müştərək bəyannamə və digər alddımlar uğurlu əməkdaşlığa yol açıb. Nazir müavini bildirib ki, Azərbaycan hazırda Aİ-nin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır:
“Qarşılıqlı hörmət və ortaq maraqlarla bağlı saziş tərəfdaşığımızın strateji bönövrəsini formalaşdırır, amma yeni sazişin imzalanması vacib məsələdir. Enerji sahəsində strateji anlaşma olduqca vacib məsələ idi. Şərq Tərəfdaşlığı çərçivəsində keçirilən Riqa sammitində Azərbaycan müvafiq mövqeyini açıqlayıb. 2016-2017-ci illərdə biz Azərbaycan və Avropa İttifaqı arasında  sazişlə bağlı görülən işlərdən danışa bilərik. Söhbət üç istiqamətdən gedir. Birinci, siyasi sahədə Azərbaycan üçün əsas məsələ qarşılıqlı öhdəlilərin əks etdirilməsidir. Bu, beynəxalq çərçivədə tanınmış sərhədlərin tanınmasını özünü ifadə edir. Azərbaycanın ərazi toxunulmazlığı həm də Avropa üçün önəmli  bir məsələdir. Bütövlükdə regionun sabitliyi və inkişafı üçün önəmli məsələdir. Avropa İttifaqının Azərbaycanın ərazi bütbövlüyün qəbul etməsi tərəflərin münasibətləri üçün böyük əhəmiyyət kəsb edir. Biz həmçinin insan hüquqları və demokratiya məsələləri barədə də razılığa gəlmişik. İkincisi, ticarət və investisiya məsələləri də vacib sahədir. Bu danışıqlar Ümumdünya Ticarət Təşkilatının (ÜTT) prinsiplərinə uyğun aparılmalıdır. Keçmişdə Avropa İttifaqı müəyyən çevik yanaşmanı müəyyən edib. Bu. ÜTT-yə üzv olmayan ölkələri əhatə edib. Üçüncüsü, sektoral məsələlər, elm, təhsil və innovasiyalar, mədəniyyət, gənclər, turizm fəsillərini tamamlamışıq. Bir sıra məsələlər barədə də razılıq əldə edilib. Bura enerji sahəsində əməkdaşlıq da daxildir. Vətəndaş cəmiyyətinə dair məsələ ilə bağlı da müvafiq razılıq əldə etdik ”. 
M. Mahmdquliyev həmçinin deyib ki , iqtisadi inkişaf, ticarətin genişləndirilməsi, ətraf mühit, qanunun aliliyi, müultikulturalizm məsələləri ilə bağlı da irəliləyiş əldə edilə bilər. Nazir müavini çıxışında eyni zamanda deyib ki, Cənubi Qafqaz Qaz Dəhlizinin genişləndirilməsi, Avropa və Asiyanı birləşdirən Şərq-Qərb, Şimal-Cənub Nəqliyyat Dəhlizləri ilə bağlı müvafiq işlərə rəvac verilib. M. Məmmədquliyev Bakı-Tbilisi-Qars dəmir yolundan da danışıb: “Ələt limanının istifadəyə verilməsi Azərbaycanı nəqliyyat qovşağına çevirir”. Readmissiya sazişinin imzalanmasının da önəmli məsələ olduğunu qeyd edən nazir müavini bildirib ki, bunun vətəndaşlarımıza faydaları olacaq:
“2020-ci ilə – Brüssel sammitinə qədər Avropa İttifaqı və Azərbaycan arasında razılaşma əldə edilə bilər. Eyni zamanda, bir daha qeyd edirəm ki, Azərbaycanın işğal altında qalan torpaqları ilə bağlı məsələ həll olunmalıdır. İşğal altındakı ərazilərdən təbii sərvətlər, mal və xidmətlər Avropa İttifaqı ölkələrinin bazarlarına çıxarılır. Avropa İttifaqı beynəlxalq öhdəliklərə əsasən müvafiq qaydaların pozulmasına yol verməməlidir. Fərdi və hüquqi şəxslər tərəfindən Azərbaycanın ərazi bütövlüyünün pozulmasına şərait yaradılmamalıdır. Avropa İttifaqından olan şirkətlər, onların filialları və törəmə şirkətləri Dağlıq Qarabağ və ətraf ərazilərdə fəaliyyət göstərir. Onlar Azərbaycan qanunvericiliyini pozmuş sayılırlar. Mənşə ölkə kimi həmin mallarda Ermənistan göstərilir. Halbuki mineral sərvətlərdən və təbii ehtiyatlardan danışırıqsa, Ermənistan bu sərvətləri istismar edərək Avropa İttifaqına satır. Təklif edirik ki, İşçi Qrup yaradılsın və bu məsələlər hüquqi müstəvidə həllini tapsın”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Əliyevin nişanələri görünür – YAP SƏDRİNİN MÜAVİNİ

Read Next

İnsan hüquqları sahəsində bir sıra irəliləyişlərə nail olunub – AVROPA İTTİFAQI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir