Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Avropa İttifaqı (Aİ) Ukraynada baş verənlərlə bağlı Rusiya və Belorusa qarşı tətbiq etdiyi sanksiyaları açıqlayıb.
Etikxeber.az-ın xəbərinə görə, Avropa Komissyasının (AK) prezidenti Fon der Lyayen bir az öncə keçirdiyi brifinqdə bu haqda açıqlama verib.
Qeyd edib ki, Rusiya təyyarələrinin Aİ ölkələrinin hava məkanından istifadəsi tam qadağan edilib.
“Biz Rusiyaya məxsus, Rusiya qeydiyyatında olan və ya Rusiyanın nəzarətində olan təyyarələr üçün Aİ hava məkanını bağlayırıq. Bu təyyarələr Aİ ərazisinə eniş edə və ya havaya qalxa bilməyəcəklər. Bura həmçinin oliqarxların şəxsi təyyarələri də aiddir”-deyə, Lyayen bildirib.
Eyni zamanda, dezinformasiyaların qarşısının alınması məqsədilə Rusiya mediasının-“Russia Today” telekanalı və “Sputnik” agentliyinin Aİ ölkələrində fəaliyyəti qadağan olunub.
Bununla yanaşı, Rusiyaya dəstək verdiyinə görə, Belorusa qarşı bir sıra (tütündən tutmuş mədən ticarətinə qədər) qadağaların tətbiq edilməsi qərara alınıb.
Etikxeber.az