“Ailənin çətinliyi onun çiyinləri üzərinə düşmüşdü…”-AİLƏNİN ÜÇ ÖVLADINDAN BİRİ, İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ƏHMƏD KƏRİMOVUN ANASI HƏSRƏT RÜSTƏMLİ – FOTOLAR

Dünən-12 mart 2024-cü il tarixində Bakı şəhərinin Dədə Qorqud qəbiristanlığındakı Şəhidlər Xiyabanında Şəhid məzarlarını ziyarət edərkən İkinci Vətən Müharibəsi Şəhidi Əhməd Vaqif oğlu Kərimovun məzarı başında çöhrəsinə, gözlərinə kədər, qəm-qüssə qərq olunmuş Şəhid anası-Həsrət xanımla tanış oldum…

Şəhid Əhməd Kərimovun anası olduğunu öyrəndim…

Dərdli, Yaralı, bala, övlad Həsrətli, həm də Dik duruşlu Həsrət xanım..

Qısaca olsa da, Onunla söhbətləşdim, dərdləşdim…

Həsrət xanıma və Şəhidimizin ailəsinə Allahdan səbr və dözüm arzuladım…

“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…

Ruhu qarşısında baş əydiyimi bildirdim…

Öyrəndim ki, Əhməd ailənin üç övladından, iki qardaşdan biri olub…

Həm də evin-ailənin böyük oğlu, böyük övladı olub…

Əslən Göyçay rayonundan olsalar da, Bakı şəhərində, Yeni Günəşlidə yaşayıblar…

1989-cu ilin avqust ayının 4-də dünyaya gələn Əhməd orta məktəbi bitirdikdən sonra Kooperasiya Universitetinə daxil olub…

Ancaq iki il yarım oxuduqdan sonra maddi durumları, ailə vəziyyətləri ilə əlaqədar ali təhsilini yarımçıq saxlamalı olub…

Həqiqi hərbi xidmətə yollanıb, Vətənin keşiyində dayanıb…

Sonra işləyib, ailəsinə maddi və mənəvi dəstək olub…

Atası xəstə olduğu üçün ailənin çətinliyi əsasən onun çiyinləri üzərinə düşüb…

İkinci Vətən Müharibəsi zamanı isə könüllü şəkildə Vətənin müdafiəsinə yollanıb…

Oktyabrın 4-dən başlayan şərəfli döyüş yolu noyabr ayının 7-cən davam edib…

Və noyabrın 7-də Şuşada qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Ancaq nəşi noyabrın 10-da Dədə Qorqud qəbiristanlığındakı Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub…

Ancaq ailəsi, anası Həsrət xanım Əhmədin həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir…

31 yaşında Şəhidlik məqamına ucalsa da, Əhməd subay olub…

Qardaşı Araz Kərimli və bacısı Fatma xanım isə hazırda ailəlidir…

Məqamı Uca, dərgahı mübarək olsun!

Nur içində uyusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyev Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı-QƏBUL ETDİ – FOTO

Read Next

Bu yollarda sıxlıq və tıxac var-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir