Akşənərin partiyası seçkilərə buraxıldı – ÖZÜ İSƏ CXP-YƏ MİNNƏTDARLIQ BİLDİRDİ

“İYİ Parti”ni  seçimlərə daxil etməmək təşəbbüsü demokratiyaya hücumdur, zərbədir.

Etikxeber.az-ın xəbərinə görə, bunu “İYİ Parti”nin genəl başqanı Meral Akşənər  özünün və partiyasının 24 iyin seçkilərinə qatıla bilməsi üçün 15 CXP-li deputatın onun təşkilatına keçməsinə münasibətini bildirərkən deyib.

kilicdaroglu-aksener-iha_16_9_1524399604

O, bununla bağlı yazılı açıqlamasında deyib:

“Ölkəni qorxutma yoluyla idarə etməyə çalışanlar  böyük bir  hiylə hazırlığı içərisinə girdilər. Hiylələrə əl ataraq  bu gözəl ölkəmiz və gözəl insanlarımızın iradəsini səhv istiqamətə yönləndirməyə  çalışdlar. Hüququn və  millət iradəsinin önünə qoyulan bu əngəlin aşılmasında CXP və onun dəyərli genəl başqanı- hörmətli Kamal Kılıcdaroğlunun ortaya qoyduğu iradə hər cür təqdirin üzərindədir. Tarixi bir demokratik iradədir. Siyasi demokratiya tariximizdə övgüylə  yerini alacaq”.

Onu da qeyd edək ki, CXP-nin addımı hakim AKP yetkililəri-Bəkir Bozdağ və Mahir Ünal tərəfindən sərt təpkiylə qarşılanıb.

Onlar bu addımı birmənalı olaraq, pisləyiblər.

Eyni zamanda, AKP-nin “Cümhur ittifaqı” ortağı MHP-nin genəl başqanı Dövlət Baxçalı da CXP-“İYİ Parti” işbirliyini kəskin tənqid edib.

Həmçinin qeyd edək ki, Türkiyənin Mərkəzi Seçki Komissiyası – Yüksək Seçki Kurulu (YSK) “İYİ Parti”nin digər 9 partiya ilə birlikdə qarşıdan gələn seçkilərə qatıla biləcəyini açıqlayıb.

Etikxeber.az

Read Previous

“Kılıçdaroğlu mümkündür ki, Akşənəri dəstəkləsin” – POLİTOLOQ

Read Next

“Hökumətin yeni tərkibdə formalaşması qaçılmaz idi, çünki…” – ZAHİD ORUC

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir