“Ali Baş Komandanımızın dediyi kimi, işğalçılar öz cəzalarını alıblar və alacaqlar…Biz zəfər çalacağıq, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”-JALƏ ƏLİYEVA ÖLKƏ PREZİDENTİNİN XALQA MÜRACİƏTİNDƏN DANIŞDI, QƏLƏBƏNİN AZƏRBAYCANIN OLACAĞINI SÖYLƏDİ

“Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər var, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür”.

Bu fikirləri bir az öncə AzTV ilə Azərbaycan xalqına müraciətində ölkə Prezidenti, ALi Baş Komandan cənab İlham Əliyev dilə gətirdi. Bəli, faşist və nasist Ermənistan bir daha əsl murdar və riyakar, fitnəkar və təxribatçı simasını açıb ortaya qoydu. Bir daha işğalçı və təcavüzkar, sülhə və təhlükəsizliyə təhdid, təhlükə olduğunu dünyaya nümayiş etdirdi. Bir daha göstərdi ki, onun cavabı yalnız silahla, hərblə, savaşla verilməlidir. Bəli, istədiyi cavab da layiqli şəkildə verilib, verilir və veriləcək.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, professor Jalə Əliyeva bu gün səhər tezdən Ermənistanın növbəti təxribatı nəticəsində cəbhə bölgəsində yenidən vəziyyətin gərginləşməsinə, Azərbaycan Silahlı Qüvvələrinin bütün cəbhə boyu əks-hücüm əməliyyatına və ölkə Prezidentinin xalqa son müaricətinə münasibətini bildirərkən deyib.

Millət vəkili bildirib ki, artıq Ermənistana, ermənilərə və onların havadarlarına heç bir güzəşt olmamalıdır və olmayacaq.

“Biz hər zaman sülh tərəfdarı olmuşuq, işğala, təcavüzə məruz qalsaq da, sülhün baş tutması, əmin-amanlığın yaranması üçün daim əməli, səmimi addımlarımızı ortaya qoymuş, iradəmizi nümayiş etdirmişik. Ümumiyyətlə, 32 ildir səbr, dözüm göstərmişik. Amma səbrin də, dözümün də bir həddi var. Həm iyul hadisələri, həm də son bir neçə gündə və bu gün səhər tezdən baş verənlər səbrə, dözümə artıq yer qalmadığını göstərdi. Hərb variantından, müharibədən başqa yol-yolumuzun olmadığını ortaya qoydu. Bunu biz istəmirdik, bunu ermənilər, Ermənistan, onların havadarları istəyirdi və istədiklərini də aldılar, alacaqlar. Onlara layiqli cavab verilib, verilir və veriləcək.

Cənab Prezident özü də öz müraciətdə bir daha dedi:

“İyul təxribatından sonra demişdim ki, Ermənistanın acı məğlubiyyəti onlar üçün dərs olmalıdır. Avqust ayında Ermənistan növbəti hərbi təxribata əl atdı. Bu dəfə Azərbaycana diversiya qrupu göndərilmişdir. Diversiya qrupunun başçısı Azərbaycan hərbçiləri tərəfindən saxlanılmışdır və hazırda ifadələr verir. Bu ifadələrdə açıq-aydın göstərilir ki, bu planlaşdırılmış təxribatçı diversiya qrupu Azərbaycana terror aktları törətmək üçün gəlmişdir. Bu gün Ermənistan tərəfindən mülki əhaliyə və hərbçilərimizə qarşı növbəti hərbi təxribat törədildi. Qeyd etdiyim kimi, onlar öz cəzalarını alıblar və alacaqlar”

Bəli, bu saatlarda, bu dəqiqələrdə belə düşmənə layiqli cavab verən Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Belə olan halda, erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun, işğal ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.

Bir sözlə, biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Ali Baş Komandanımızın müracətində də deyildiyi kimi, “Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”-deyə, J. Əliyeva sözlərinə əlavə edib.

13:21

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Beynəlxalq ictimaiyyət tərəfindən işğalçı ölkənin Azərbaycanın mülki əhalisini hədəfə alan müharibə cinayətləri əməllərinə son verməsini Ermənistandan tələb edilməsi zəruridir”-XİN

Read Next

“Tərtər şəhəri atəşə tutulur…”-MÜDAFİƏ NAZİRLİYİ DÜŞMƏNƏ SONUNCU DƏFƏ XƏBƏRDARLIQ ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir