Ali məktəb və kollec müəllimlərinin kafedralara toplaşması məhdudlaşdırılır-RƏSMİ – YENİLƏNİB – (2)

2021/2022-ci tədris ilində təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli Qərarı ilə tənzimlənəcək. “

Etikxeber.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda əksini tapıb.

Qaydalara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində əyani formada aparılan tədris və təlim- tərbiyə prosesinin dayandırılması və yenidən bərpası barədə qərar Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epide- miologiya mərkəzlərinin sanitar-epidemioloji vəziyyətlə bağlı müvafiq rəyi əsasında Təhsil Nazirliyi tərəfindən qəbul edilir. Ayrı-ayrı təhsil müəssisələrində əyani formada aparılan tədris və təlim-tərbiyə prosesinin dayandırılması və yenidən bərpası barədə qərar isə həmin təhsil müəssisəsində yaranmış sanitar- epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyi əsasında aşağıdakı orqanlar (qurumlar) tərəfindən qəbul edilir:
– Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinə münasibətdə – Azərbaycan Respublikasının Təhsil Nazirliyi;
– digər icra hakimiyyəti orqanlarının tabeliyindəki təhsil müəssisələrinə münasibətdə – Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla həmin icra hakimiyyəti orqanları;
– qeyd edilənlər istisna olmaqla dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan digər təhsil müəssisələrində, habelə özəl və bələdiyyə təhsil müəssisələrinə münasibətdə – Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla həmin təhsil müəssisələrinin təsisçiləri..
Təhsil müəssisəsinin ayrı-ayrı siniflərində (qruplarında) əyani formada aparılan tədris və təlim-tərbiyə prosesinin dayandırılması və ya yenidən bərpası barədə qərar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyi əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyini məlumat- landırmaqla həmin təhsil müəssisəsi tərəfindən qəbul edilir.
Təhsil müəssisələrinin işçilərinin azı 80 faizinin COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olması tələb edilir. Bu tələb təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələrinə şamil edilməyəcək.

Qeyd edək ki, qüvvədə olan qərara əsasən, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinin başlanması müddəti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 nömrəli Qərarı ilə tənzimlənirdi. Təhsil müəssisələrində əyani formada təhsil bərpa olunanadək tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilməli idi.

Eyni zamanda təhsil müəssisələri təhsil alanların tədris və təlim-tərbiyə prosesində əyani iştirakının könüllülük prinsipi əsasında təmin edildiyini nəzərə almalı, təhsil müəssisələrində əyani formada tədrisin təşkili müəssisələrin tipi (növü), təhsil alanların sayı, qalanların günü uzadılmış qruplarda təhsil alanların sayı, sinif (qrup) komplektlərinin, tədris otaqlarının, laboratoriyaların, tədris-istehsalat emalatxanalarının, kitabxanaların, yataqxanaların, yeməkxanaların tutumu, təhsil verənlərin yaş bölgüsü və digər məsələlərdə xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq planlaşdırılmalı, təhsil müəssisəsində növbəli iş rejimi müəssisənin tutumu və mövcud təhsil alanların sayı əsasında təhsil müəssisəsi tərəfindən müəyyən edilməli idi.

****

Təhsil müəssisələrinə giriş və çıxış üzrə tələblər dəyişib.

Bu da Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda əksini tapıb.
Qüvvədə olan qərara əsasən, təhsil müəssisələrinə giriş və çıxış zamanı şəxslər (təhsil alanlar, təhsil verənlər və s.) arasında minimum 1,5 metr sosial məsafə təmin olunmalı və bu məqsədlə təhsil müəssisəsinin girişindəki meydançanın yeri döşəmə işarələri ilə işarələnməli, müəllim otağında, kafedrada və digər heyətin iş və istirahət otaqlarında sosial məsafə (ən az 1,5 metr) gözlənilməli idi.
Dəyişikliyə əsasən, 1,5 metr məsasfə tələbi 1 metrə endirilib.

Beləliklə, təhsil müəssisələrinə giriş və çıxış zamanı şəxslər (təhsil alanlar, təhsil verənlər və s.) arasında minimum 1 metr sosial məsafə təmin olunmalı v bu məqsədlə təhsil müəssisəsinin girişindəki meydançanın yeri döşəmə işarələri ilə işarələnməli, müəllim otağında, kafedrada və digər heyətin iş və istirahət otaqlarında sosial məsafə (ən az 1 metr) gözlənilməlidir.

***

Həmçinin, təhsil müəssisələrində yeməkxanalara (bufetlərə) dair tələblər müəyyənləşib.

Məlum qərara əsasən, yeməkxana (bufet) girişlərinə spirt tərkibli əl üçün dezinfeksiya vasitəsi qoyulur;

– təhsil alanların yeməkdən əvvəl və sonra əllərinin bol su və sabunla yuması üçün şərait yaradılır;

– ümumi istifadə üçün nəzərdə tutulan əşyalar istifadə edildikdən sonra su və yuyucu vasitə ilə yuyulur, növbəti istifadəyə qədər təmiz şəraitdə saxlanılır;

– yeməkxana əməkdaşı şəxsi gigiyena qaydalarına əməl etməli, əlcək və tibbi maska taxmalıdır;

– yeməkxanada növbə yerləri döşəmənin üzərində işarələrlə ayrılır;

– yemək hazırlanmasında istifadə edilən avadanlıq və qurğular başqa məqsədlər üçün istifadə edilmir;

– yeməkxanada stollar arasındakı məsafə 2 metrdən az, oturacaqların ara məsafəsi isə 1 metrdən az olmamalıdır (internat tipli və uşaqların gecələdiyi digər təhsil müəssisələri istisna olmaqla).

Təhsil alanların yeməkxanadan (bufetdən) növbəli (qrafik üzrə) istifadəsi təmin edilir.

Qeyd edək ki, indiyə qədər qüvvədə olan qərara əsasən, əvvəl yeməkxanalara (bufetlərə) dair tələblər aşağıdakı kimi olub:

– İnternat tipli ümumi təhsil müəssisələri istisna olmaqla, digər təhsil müəssisələrində yeməkxanaların (bufetlərin) fəaliyyəti dayandırılıb və təhsilalanların sinif otaqlarında qidalanması tövsiyə edilib.

– internat tipli ümumi təhsil müəssisələrində:

– yeməkxana girişlərinə spirt tərkibli əl üçün dezinfeksiya vasitəsi qoyulur;

– yeməkxanada masa və oturacaqlar aralarında məsafə ən az 1,5 metr olmaqla düzülür;

– təhsil alanların yeməkdən əvvəl və sonra əllərinin bol su və sabunla ən azı 20 saniyə yuması üçün vasitələrlə təmin edilir;

– ümumi olan əşyalar istifadə edildikdən sonra su və yuyucu vasitə ilə yuyulur və növbəti istifadəyə qədər təmiz şəraitdə saxlanılır;

– yeməkxana əməkdaşı şəxsi gigiyena qaydalarına əməl edir, əlcək və tibbi maska taxır;

– yeməkxanada növbə yerləri döşəmə işarələri ilə ayrılır;

– yemək hazırlanmasında istifadə edilən dəzgahlar başqa məqsədlər üçün istifadə edilmir;

– mətbəxlərində sosial məsafənin təmin edilməsi və sanitariya-gigiyena qaydalarına əməl edilməsi mümkün olmayan internat tipli təhsil müəssisələrinin yeməyin hazırlanması dayandırılır və həmin müəssisələrə hazır yeməyin gətirilməsi təmin olunur;

– peşə təhsili müəssisələrində fəaliyyət göstərən yeməkxana/bufetlərin tədris məqsədləri üçün istifadəsinə icazə verilir.

***

Məlum qərarda həmçinin qeyd edilir ki, ali və orta ixtisas təhsili müəssisələrində sinif otaqlarından (auditoriyalardan) eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla sanitariya və gigiyena qaydalarına riayət olunmaqla istifadə edilir.

Qərara əsasən, müəllimlərin (professor-müəllim heyətinin) eyni zamanda, müəllim otağına (kafedraya) toplaşması məhdudlaşdırılır.

Etikxeber.az

Read Previous

Nəvəsi birinci sinfə gedən millət vəkili-QALİB AZƏRBAYCANIN İLK BİRİNCİLƏRİNDƏN DANIŞDI – FOTOLAR

Read Next

BMT sessiyası: Arzular ve reallıqlar-POLİTOLOQUN BAXIŞI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir