Ali məktəblərə sənəd qəbulu başlayır-BU GÜNDƏN

Bu gündən etibarən ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlər üçün sənəd qəbulu başlayır.

Dövlət İmtahan Mərkəzindən (DİM)  Etikxeber.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə müraciət edən abituriyentlərin sənəd qəbulu 12 may-5 iyun tarixlərində onlayn şəkildə aparılacaq.

İmtahanların 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.

I-IV ixtisas qruplarının hər hansı biri  üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərtilə V ixtisas qrupu üzrə də müsabiqədə iştirak edə bilərlər.

Etikxeber.az

Read Previous

Metroda gecə saatlarında yaranmış texniki nasazlıq aradan qaldırıldı? – AÇIQLAMA

Read Next

Əmək və sosial siyasət komitəsinin üzvləri-NƏYİ MÜZAKİRƏ EDƏCƏKLƏR?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir