Ali təhsil müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi aparılır – BU GÜNDƏN

Bu gündən etibarən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi aparılır. 

Dövlət İmtahan Mərkəzindən (DİM) Etikxeber.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci nömrəsində dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci nömrəsində dərc olunub. 

Etikxeber.az

Read Previous

ABŞ-da növbəti silahlı və qanlı insident – BU DƏFƏ PENSİLVANİYADA – YENİLƏNİB

Read Next

“İlqar Məmmədova 10 milyonluq xalqı aşağılamaq haqqını kim verib görəsən?!” – SABİQ DEPUTATDAN KƏSKİN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir