Almaniyada azərbaycanlıların “Varlıq” Fondu-YARADILDI…

Almaniyada ilk Azərbaycan xeyriyyə təşkilatı “Varliq-Fonds” e.V. (“Varlıq” Fondu) fəaliyyətə başlayıb.

Etikxeber.az-a bu haqda Fonddan məlumat daxil olub.

Qeyd edilib ki,yanvar ayının 10-da Almaniyada “Varlıq” fondunun təsis yığıncağı keçirilib.

Almaniyada yaşayan azərbaycanlıların vahid təşəbbüsü ilə yaradılan “Varliq-Fonds” e.V.” ictimai birliyinin ilk təsis toplantısı Qarabağ müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edilərək, işinə başlayıb.

Bildirilib ki, şəhidlərimizin əbədi xatirəsinə dərin ehtiramın təcəssümü olaraq yaradılan “Varlıq” fondunun əsas hədəflərindən biri şəhid və qazi ailələrinə yardımın təşkili və təmin edilməsidir.

Yığıncaqda iştirakçılar dünyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlıların vahid yumruq şəklində sıx birləşərək, Azərbaycan həqiqətlərinin dünyaya çatdılırması üçün göstərdikləri fədakar fəaliyyətlərdən bəhs ediblər.

Qeyd olundub ki, “Varlıq” fondu öz fəaliyyətində həmrəylik, yardımlaşma və paylaşma ənənələrinə sadiq qalaraq yaxın gələcəkdə Avropa Biriliyi ərazisində yaşayan azərbaycanlıları və ürəyi Azərbaycanla döyünən hər kəsi bir araya gətirən körpü rolunu oynayacaq.

Daha sonra yığıncaqda, xeyriyyə fondunun sədri və sədr müavinləri vəzifələrinə səsvermə keçirilib.

Səsvermə nəticəsində, Almaniyada təsis edilmiş ilk Azərbaycan xeyriyyə təşkilatı olan “Varlıq” fondunun sədri Dr.Qurban Ələkbərov, sədr müavinləri Nurlan Məmmədov və Cavidan Kərimli İdarə Heyətinə seçiliblər.

“Varliq-Fonds” e.V xeyriyyə təşkilatı Avropa Birliyində fəaliyyət göstərən təşkilat olaraq burada yaşayan həmvətənlərimizdən gələn ianələri qəbul edəcək.

Fondun fəaliyyət dairəsi geniş olub Azərbaycan tarixi, musiqisi və mədəniyyətinin dünyaya tanıdılması, eləcə də elmin və təhsilin inkişafına dəstəyi də əhatə edir.

Etikxeber.az

Read Previous

“Onların məsələsi dövlətin məsələsidir, onların adi, hətta gözlə görünməyən problemi dövlətin problemidir və onları həll etmək də dövlətin vəzifəsi, görəvirdir…Başqa şəkildə ola bilməz, başqa şəkildə olması mümkün deyil…”-JALƏ ƏLİYEVA MÜSAHİBƏSİNDƏ DAHA NƏLƏRDƏN DANIŞDI?

Read Next

Yoluxmada kəskin azalma-176 – DAHA 17 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir