“Apar bizi ağ günlərə,İLHAMINLA qoşa Yeni Azərbaycan!” – DEPUTAT YAP-A ŞEİR İTHAF ETDİ

Yeni Azərbaycan Partiyasından (YAP) 5-ci dəfə deputatlığa namizədliyi irəli sürilən partiyanın Siyasi Şurasının üzvü, parlamentin Səhiyyə komitəsinin sədr müavini, şair Musa Quliyev (Urud)  hakim partiyaya şeir ithaf edib.

Etikxeber.az-ın xəbərinə görə, YAP-çı deputat həmin şeiri “Facebook” səhifəsində paylaşıb.

Həmin şeiri  təqdim edirik:

Yaşa Yeni Azərbaycan

Sən bu xalqın dar günündə tarixin öz diqtəsindən yarandın,
Vətən deyən, Heydər deyən milyonların haqq səsindən yarandın.
Günəş üzlü, dəniz gözlü Peyğəmbərin nəfəsindən yarandın,
Arzuların, ümidlərin toxunmasın daşa, Yeni Azərbaycan!
Yaşa, Yeni Azərbaycan!

Sən bu günsən, sən sabahsan, sən zamanın tələbisən,
Sən alimsən, əkinçisən, sən fəhləsən, tələbəsən.
Sən uğursan, sən zəfərsən, şan-şöhrətsən, qələbəsən.
Bayraqların içində qoy, bayrağını başa, Yeni Azərbaycan!
Yaşa, Yeni Azərbaycan!

Sənin yolun haqq yoludur, haqqa gedən sağ olsun.
Başın uca, alnın açıq, gülər üzün ağ olsun.
Birliyimiz sarsılmasın, bir də Vətən sağ olsun!
Murovları, Qoşqarları aş, a Yeni Azərbaycan!
Yaşa, Yeni Azərbaycan!

Gündən-günə çiçəklənən yurd sənindir, el sənindir,
Haqq işinə dəstək olan milyonlarla əl sənindir.
Zaman sənin, dövran sənin, meydan sənin, yol sənindir!
Apar bizi ağ günlərə, İLHAMINLA qoşa Yeni Azərbaycan!
Yaşa,Yeni Azərbaycan!!!

Etikxeber.az

Read Previous

Köçkün məktəbində özünəməxsus-YENİ İL ŞƏNLİYİ – FOTOLAR

Read Next

“Seçicilərim yenidən mənə səs verərsə…” – AZƏR BADAMOVDAN MİNNƏTDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir