“Aptekləri gəzib hissə-hissə ala bildiyimiz maskaları bir az öncə Zərdaba yola saldıq”-JALƏ ƏLİYEVA TİBBİ MASKALARLA BAĞLI İNSANLARI DİQQƏTLİ OLMAĞA ÇAĞIRDI – YENİLƏNİB

Ötən həftədən demək olar şəhərdəki bütün aptekləri gəzib hissə-hissə ala bildiyimiz tibbi maskaları bu gün bir az bundan öncə nəhayət Zərdaba yola saldıq. Özüm, ailə üzvlərim, sürücüm, tanış-biliş səfərbər olmuşduq. Əldə etdikcə, yenə də göndərəcəyik. Dövlət, apteklərin tibbi maskalarla fasiləsiz təmini üçün bütün tədbirləri alır. Lakin tələbat böyük olduğu üçün, gələn kimi qısa müddətdə bitir. Bu gün ayrı-ayrı kiçik müəssisələr, ayrı-ayrı vətəndaşlar sexlərdə, hətta, öz evlərində maska istehsal etməyə başlayıblar. Təəssüf ki, bunu daha çox şəxsi mənfəətləri üçün edirlər. Unutmayın! Maska tibbi ləvazimatdır! Onun sanitar-gigiyenik tələblərə, tibbi standartlara cavab verməsi çox vacibdir.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədr müavini, professor Jalə Əliyeva deyib.

“Biz bir tərəfdən virusdan qorunmaq üçün tibbi maska axtarışına çıxarkən, harada və hansı şərtlər altında istehsal edilib-satıldığı bilinməyən maskalardan istifadə etməklə özümüzü və yaxınlarımızı daha çox virusa yoluxdura bilərik. Ona görə də maska alarkən və ya sizə maska təklif edilərkən çox diqqətli olun! Sabah köməkçim Firdovsi Eyvazov, maskaya ehtiyacı olan şəxslərin və müəssilərin siyahısını rayon İcra Hakimiyyətindən alaraq, onları bağlı sellofan torbalarda, steril bir şəkildə olmaqla, icra nümayəndələrinin iştirakıyla paylamağa başlayacaq. Yaxın günlərdə daha bir partiya tibbi maskanı isə Ucarın kəndlərinə göndərəcəyik. Xəstələnməyin! Sağlam qalın!”-deyə, J. Əliyeva sözlərinə əlavə edib.

***

“Rayonda artıq çoxunuzun yaxşı tanıdığı, əslən Zərdablı olan, hazırda Bakıda yaşayan, çox hörmət etdiyim gənc iş adamlarından Ramil Mehdiyev qardaşımızla bu günlərdə sanki yarışa çıxmışdıq. Aptekləri bir-bir gəzib və ya adamlarımızı göndərib maska toplamaq yarışına. Gündə bir neçə dəfə bir birimizə məlumat verirdik. Hansımız harada tapsaq o birimiz də dərhal oraya üz tuturduq. Ramil, apteklərdən öz halal qazancıyla aldığı tibbi maskaları, üstəlik spirt və əlcəkləri bu gün səhər artıq rayona göndərib. Hətta könüllülər vasitəsilə paylanlb da. Üstəlik kimliyini də gizli saxlayıb”.

Bunu da J. Əliyeva qeyd edib.

O, sonra bunları bildirib:

“Bu gün həddindən çox gərgin qrafiklə işlədiyimə görə, həm də elə özüm də maska axtarışı marafonunu davam etdirdiyimə görə, sizə bunun məlumatını vaxtında verə bilmədim. Gecənin bu irəliləyən saatlarında əziz qardaşımıza sizin adınızdan təşəkkür edir, bundan sonrakı xeyirxah əməllərində də ona uğurlar arzulayıram”.

00:22

Etikxeber.az

Read Previous

Kəlbəcərsiz 27 il…

Read Next

Gözüdoymazlar…-KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir