Aqrar siyasət komitəsi ilk iclasını nə vaxt keçirəcək-GÜNDƏLİKDƏ HANSI MƏSƏLƏLƏR VAR?

Komitəmizin gündəliyi hazırdır. Gündəlikdə yaz və növbədənkənar sessiyalardakı fəaliyyətlə bağlı hesabat və qarşıdan gələn payız sessiyası ilə əlaqədar qanunvericilik işləri planı var. Bununla yanaşı, digər qanun layihələrinin də gəlməsini, daxil olmasını gözləyirik.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Qeyd edib ki, müvafiq qanun layihələri gəkdikdən sonra payız sessiyası ilə bağlı komitənin ilk iclasını keçirəcəklər.

“Biz iclasımıza demək olar ki, hazırıq. Əlavə qanun layihələrinin gəlməsini gözləyirik. Əgər əlavə qanun layihələri olmasa, ayın 20-nə kimi iclasımızı keçirəcəyik”-deyə, o, əlavə edib.

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsinə gəlincə komitə sədri onun müzakirəsinə və təkmil şəkildə qəbuluna ehtiyac duyulduğunu bildirib.

Deyib ki, belə bir sənədin indiki dönəmdə və reallıqda qəbuluna ehtiyac duyulur.

Onun sözlərinə görə, qida təhlükəsizliyi həm də əhalinin, insanların sağlamlığı, bütövlükdə milli təhlükəsizlik məsələsidir.

“Odur ki, belə bir məsələ gündəmimizdə var və müvafiq qanun layihəsinin komitəmizə daxil olmasından sonra onu müzakirə və plenar iclasa tövsiyə edərək, qəbul olunmasını nəzərdə tuturuq”-deyə, T. Rzayev sonda bildirib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

6 saatdan sonra-METRO FƏALİYYƏTİNİ BƏRPA EDİR…

Read Next

“O gün olsun ki, iclasımızı həm də Xankəndidə keçirək…”-MM-in komitə sədri – SƏMƏD SEYİDOV SPİKERİN TÜRKİYƏ SƏFƏRİNƏ, HƏMÇİNİN, KOMİTƏNİN NƏDƏN ONLAYN İCLAS KEÇİRMƏMƏSİNƏ TOXUNDU… – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir