ATƏT PA girovların “hamının-hamıya” prinsipi ilə azad olunması təklifini dəstəklədi – FOTO

Milanda ATƏT Parlament Assambleyasının Büro iclası keçirilib.

Etikxeber.az xəbər verir ki, iclasda Milli Məclisin deputatı, ATƏT PA-nın vitse–prezidenti Azay Quliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin həm Ermənistan, həm də Azərbaycan tərəfindən qeydə aldığı əsir və girovların “hamının-hamıya” prinsipi əsasında azad edilməsinə dair Azərbaycan tərəfinin irəli sürdüyü təşəbbüsü Büro üzvlərinin diqqqətinə çatdırıb.

YENI AZAYYYY

Azay Quliyev deyib: “Azərbaycanın bu təşəbbüsü çox humanist bir yanaşmadır və bu təşəbbüsün ATƏT PA tərəfindən dəstəklənməsi üçün kifayət qədər əsaslar var. Təşəbbüsün reallaşması münaqişə tərəfləri arasında müəyyən bir etimad mühitini yaratmaq və sülh danışıqlarında müsbət irəliləyişə nail olmaq üçün önəmli rol oynaya bilər. Hesab edirəm ki, Ermənistanın yeni rəhbərliyi Azərbaycanın göstərdiyi xoş məramı düzgün qiymətləndirməli və danışıqlar üçün yaxşı şərait yarada biləcək bu nadir şansı qaçırmamalıdır. Buna görə Prezident Georgi Tseretelini və Büro üzvlərini bu təşəbbüsü dəstəkləməyə və məsələni Assambleyanın əsas siyasi gündəmində saxlamağa çağırıram”.

A. Quliyev, həmçinin xatırladıb ki, 4 ildir qanunsuz olaraq girovluqda saxlanılan Dilqəm Əsgərov Şahbaz Quliyevin azad olunmasına kömək etmək məqsədilə Parlament Assambleyasının demokratiya, insan haqları və humanitar məsələlər üzrə komitəsinin sədri xanım Marqareta Kiner Nellenə rəsmi məktubla müraciət edib və məsələyə insan hüquqlarının kobud şəkildə pozulması prizmasından qiymət verməyi xahiş edib.

ATƏT PA-nın prezidenti Georgi Tsereteli Azərbaycanın bu təşəbbüsünü təqdir etdiyini bildirib və bu məsələnin həlli istiqamətində müvafiq addımlar atacağını bildirib.

Etikxeber.az

Read Previous

Sahibə Qafarova portuqaliyalı həmkarına qalib gəlidi və AŞPA məruzəçisi seçildi…

Read Next

Müdafiə naziri ön xətt bölmələrinin döyüş hazırlığını yoxladı – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir