ATƏT Parlament Assambleyası (PA) tərəfindən Almaniyada keçirilən Leinsweiler seminarı başa çatdı.
Keçirilən 7 sessiyada iqtisadi potensialın dövlətlər arası konfliktlərin həllində və ya onların qarşısının alınmasında mühüm rolunu bütün müzakirə iştirakçıları bildirdilər.
Etikxeber.az xəbər verir ki, bunu ATƏT PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişili deyib.
“Yəni, iqtisadi inkişaf mövcud problemlərin həlli və gələcəkdə belə konfliktlərin baş verməməsi üçün ən mühüm amildir.
Azərbaycanın da iqtisadiyyatı gücləndirmək yolunda apardığı islahatlar və həyata keçirdiyi beynəlxalq layihələr müasir dünyanın reallıqlarına cavab verir və bütün ATƏT məkanında Azərbaycanın iqtisadi rolunu hər kəs təqdir edir.
Bu tədbirin də autsayderi bəzi dövlətlərin dəstəklərinə baxmayaraq öz iqtisadi imkanları 0-a bərabər olan Ermənistan idi…”-deyə, T. Mirkişili sözlərinə əlavə edib.
Etikxeber.az