Avroliqanın 2019-2020-ci il mövsümünün onaltıdabir final mərhələsi-NƏTİCƏLƏR

UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün onaltıdabir final mərhələsinə start verilib.

Etikxeber.az xəbər verir ki, Türkiyənin turnirdə yeganə təmsilçisi “Başakşehir” səfərdə Portuqaliyanın “Sportinq” komandasının qonağı olub.

Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Sportinq”ın heyətində Sebastyan Koates, Sporar Andraz və Lusiano Vietto fərqləniblər.

“Başakşehir”in yeganə qoluna isə Edin Vişca imza atıb.

“Qarabağ”ın qrup mərhələsindəki rəqibi İspaniyanın “Sevilya” klubu isə səfərdə Rumıniyanın “ÇFR Kluj” komandası ilə heç-heçə edib – 1:1.

Günün digər erkən başlayan oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“Şaxtyor Donetsk” (Ukrayna) – “Benfika” (Portuqaliya) – 2:1;

“Ayntraxt” (Frankfurt, Almaniya) – “Zaltsburq” (Avstriya) – 4:1;

“Lüdoqorets” (Bolqarıstan) – “İnter” (İtaliya) – 0:1;

“Brügge” (Belçika) – “Mançester Yunayted” (İngiltərə) – 1:1;

“ÇFR Kluj” (Rumıniya) – “Sevilya” (İspaniya) – 1:1;

“Kopenhagen” (Danimarka) – “Seltik” (Şotlandiya) – 1:1;

“Xetafe” (İspaniya) – “Ayaks” (Hollandiya) – 1:0;

“Sportinq” (Portuqaliya) – “Başakşehir” (Türkiyə) – 3:1.

Qeyd edək ki, bu komandaların arasında cavab görüşləri martın 12-də keçiriləcək.

Etikxeber.az

Read Previous

“İşğalçı ordunuzu Qarabağdan çıxarın, sonra oradakı azərbaycanlı və erməni əsilli Azərbaycan vətəndaşlarının hüquqlarının qorunmasına bütün dünya şahidlik etsin” – TAHİR MİRKİŞİLİ ATƏT PA-DAN SƏSLƏNDİ – FOTO

Read Next

Romada Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti verildi – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir