Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.
Etikxeber.az xəbər verir ki, fevralın 14-də-bu gün sərbəst güləşçilərin mübarizəsinə start veriləcək.
Fevralın 13-də bütün çəkilər üzrə püşkatma mərasimi keçirilib və yığmamızın üzvlərinin ilk rəqibləri müəyyənləşib. Belə ki, Əfqan Xaşalov (57 kq) fransız Valentin Damur, İntiqam Vəzirzadə (61 kq) Türkiyə idmançısı Hamza Alaca, Əli Rəhimzadə (65 kq) gürcüstanlı Vladimir Xinceqaşvili, Ağahüseyn Mustafayev Ermənistan güləşçisi Gevorq Mxeyan, Hacımurad Hacıyev (74 kq) Polşa idmançısı Patrik Kriştof Olenjin, Cəbrayıl Həsənov (79 kq) Gürcüstan pəhləvanı Nika Kentçadze, Abubakr Abakarov (86 kq) latviyalı İvars Samusonoks, Aslanbek Alborov (92 kq) macarıstanlı Bendequz Tot, Nurməhəmməd Hacıyev (97 kq) Macarıstan təmsilçisi Pavel Oleynik, Camaləddin Məhəmmədov (125 kq) isə Bosniya və Herseqovina güləşçisi Elhad Hukiç ilə qarşılaşacaqlar.
Qeyd edək ki, qitə birinciliyində çıxış edən yunan-Roma güləşi üzrə millimiz tarixində ilk dəfə Avropa çempionatında rekord sayda – 6 medal qazanıb. Belə ki, Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutub.
Beləliklə, 2 qızıl və 4 bürünc medal qazanan millimiz 116 xal toplayaraq, komanda hesabında Rusiyadan (128) sonra ikinci olub. Türkiyə isə 90 xalla üçüncü pillədə qərarlaşıb.
Etikxeber.az